Gül, çiçək əvəzinə..

O – Cəfərov Cəfər Mirzalı oğlu 1942-ci ildə dağlar qoynunda, Zarat kəndində anadan olmuşdu. Doğum tarixindən körpəlik və uşaqlıq illərinin ağrılı-acılı keçməsi, deyilməsə də, göz önünə gəlir.


Gül, çiçək əvəzinə..


O – Cəfərov Cəfər Mirzalı oğlu 1942-ci ildə dağlar qoynunda, Zarat kəndində anadan olmuşdu. Doğum tarixindən körpəlik və uşaqlıq illərinin ağrılı-acılı keçməsi, deyilməsə də, göz önünə gəlir.

Uşaqlıq, məktəb illəri arxada qalmışdı. Orta təhsili kifayət qədər mükəmməl alsa da, rabitəçi olmaq arzusunda idi. Elə bu arzu ilə də 3 illik hərbi xidmətdən sonra sənədlərini Bakı Rabitə Elektrotexnika Texnikumuna verdi. Tələbəlik illri tez ötdü. 1966-cı ildə təyinatla doğma rayona qayıtdı. Əmək kitabçasına İsmayıllı Rayon Rabitə Şöbəsinə işə qəbul olunma barədə əmr yazıldı. Mübaliğəli görünsə də bu əmrin ömrü onun əmək fəaliyyətinin müddətinə bərabər oldu.
Ömrünə yazılan illərdə ev-eşik, ailə sahibi – 5 qızın, bir oğulun atası oldu. Qızlarından ikisi onun yolunu davam etdirir. Oğlu rayonun Qaz İstismarı Sahəsində çilingər kimi çalışır. Nəvələrindən Elşad Mirzəliyev ali məktəb, Səbinə Qəniyeva kollec tələbəsidirlər.
C.Cəfərov işlədiyi müddətdə çalışqanlığına, işdə fərqləndiyinə görə çoxsaylı Fəxri fərmanlar, Tərifnamələr, Diplomlarla təltif edilib, təşəkkürlərə layiq görülüb.
Uzun müddət işlədikdən sonra təqaüdə çıxsa da, onu bacarıqlı mütəxəssis kimi yenidən işə dəvət edirlər. Bir müddət işləyir, Çalışdığı sahə üçün onu əvəzləyəcək mütəxəssis hazırlayır və istirahətə üstünlük verir…
Lakin 2014-cü ilin mart ayının 8-də həyata vida edən Cəfər kişidən ailənin qadın üzvlərinə gül, çiçək əvəzinə ölüm xəbəri çatdı.
Şərqiyyə Seyidova

Şərh Yaz