İnnovativ təlimin tətbiqi

15 mart 2014-cü il tarixdə İsmayıllı rayon Maçaxı kənd ibtidai məktəbində seminar müşavirə və Novruz bayramı münasibəti ilə tədbir təşkil edildi. Tədbirdə rayon Təhsil Şöbəsinin Metodik Kabinetin direktoru H.Əsədov, metodistlər X.Allahverdiyev, G.Cərullayeva və azkomplektli məktəblərin ibtidai sinif müəllimləri iştirak etmişlər.

Tədbir açıq dərsin keçirilməsi ilə başlanmışdır. Dərs kurikulum və innovativ təlim texnologiyalarının tələblərinə cavab verəcək səviyyədə qurulmuşdur. RTŞ-nin metodik kabinetin direktoru H.Əsədov çıxış edərək dərslərdə İKT-dən və innovativ təlim texnologiyalarının tətbiqinin vacibliyi haqqında məlumat verdi. Həmçinin digər tədbir iştirakçıları da dərslərin səmərəli təşkilinin yolları haqqında təklif və rəylərini bildirdilər. Dərsin təşkili zamanı qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları geniş müzakirə edildi.
İnnovativ təlimin tətbiqi
Tədbirin sonunda məktəbin ibtidai sinif müəllimi Gülnar Ağayevaya rayon Təhsil Şöbəsi adından pul mükafatı verilmiş və Fəxri fərmanla təltif edilmişdir.
Sonra açıq havada Novruz bayramı tədbiri keçirilmişdir. Məktəbin şagirdləri Novruz personajlarını canlandırmış, “Yallı” rəqsini və müxtəlif səhnəciklər nümayiş etdirmişlər.
Xalid Allahverdiyev,
RTŞ-nin metodisti

Şərh Yaz