Təfəkkür və kompyuter vərdişləri

Aprel ayının 6-da İsmayıllı rayonunda V-IX sinif şagirdləri arasında “Qunduz” Beynəlxalq İnformasiya Texnologiyaları müsabiqəsi keçirilib.
Müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi, İsmayıllı rayon İcra Hakimiyyətinin dəstəyi, Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin sponsorluğu və həmçinin İSTECH və NEATS şirkətlərinin təşkilati dəstəyi ilə baş tutub. Online şəkildə keçirilən müsabiqədə təfəkkür və kompyuter vərdişlərini sınamaq üçün 25 məktəbdən 300 yaxın şagird qeydiyyatdan keçib. Qalibləri müəyyənləşdirmək üçün 15 sual və 45 dəqiqə vaxt verilib.


Təfəkkür və kompyuter vərdişləriTəfəkkür və kompyuter vərdişləri

Aprel ayının 6-da İsmayıllı rayonunda V-IX sinif şagirdləri arasında “Qunduz” Beynəlxalq İnformasiya Texnologiyaları müsabiqəsi keçirilib.
Müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi, İsmayıllı rayon İcra Hakimiyyətinin dəstəyi, Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin sponsorluğu və həmçinin İSTECH və NEATS şirkətlərinin təşkilati dəstəyi ilə baş tutub. Online şəkildə keçirilən müsabiqədə təfəkkür və kompyuter vərdişlərini sınamaq üçün 25 məktəbdən 300 yaxın şagird qeydiyyatdan keçib. Qalibləri müəyyənləşdirmək üçün 15 sual və 45 dəqiqə vaxt verilib.
Təfəkkür və kompyuter vərdişləri Təfəkkür və kompyuter vərdişləri
Suallar, testlər, interaktiv şəkildə olub, heç bir dərin informatika, proqramlaşdırma bilikləri tələb etməyib. Bu da məntiq və təfəkkürlərini qiymətləndirməklə istedadlı şagirdləri seçmək imkanı yaradıb. Qaliblər toplanılan ballara görə müəyyən ediləcək və ən çox bal toplamış ilk 5 məktəbli kompyuter, daha az bal toplamış şagirdlər isə müxtəlif hədiyyələrlə təltif olunacaq. Qaliblərin Azərbaycanın İnformatika üzrə Olimpiada komandasının rəhbərləri tərəfindən bir neçə illik hazırlıqdan sonra Beynəlxalq İnformatika Olimpiadalarında iştirakı nəzərdə tutulub.
Hazırda 21 ölkədə rəsmi olaraq “Qunduz” müsabiqəsi mütəmadi keçirilir. Sevindirici haldır ki, Azərbaycan “Qunduz” müsabiqəsinin keçirilməsi üzrə hazırlıqlar gedən ilk 7 ölkənin adı daxil olan siyahıdadır.
Şövqi Əhmədov

Şərh Yaz