Kolxozda hesabat
İvanovka kəndində, N.Nikitin adına kolxozda 2013-cu ilin sosial-iqtisadi inkişafın yekunlarıhaqqında hesabat verilib və 2014-cu ildə qarşıda duran vəzifələr müzakirə olunub.
Yığıncaqda kolxoz üzvləri ilə bərabər, rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və ictimaiyyət nümayəndələri iştirak edib. Kolxozda hesabat
İvanovka kəndində, N.Nikitin adına kolxozda 2013-cu ilin sosial-iqtisadi inkişafın yekunlarıhaqqında hesabat verilib və 2014-cu ildə qarşıda duran vəzifələr müzakirə olunub.
Yığıncaqda kolxoz üzvləri ilə bərabər, rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və ictimaiyyət nümayəndələri iştirak edib.
Yığıncağı giriş sözü ilə açan kolxozun sədri Qriqori Minnikov 2013-cu ilin yekunlarını təhlil edərək cari ildə əkin sahələrdən 6168 ton buğda, 1920 ton arpa yığıldığını bildirib. Məhsuldarlıq hər hektara 26,1sentner təşkil edib. İl ərzində 3170 ton üzüm emal müəssisələrinə təhvil verilib. Həmçinin, qeyd olunub ki, hesabat ilində “Aqrolizinq” vasitəsilə 260 ton azot gübrəsi alınıb.
Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 2013-cü ildə İvanovka kəndinin sosial-iqtisadi həyatında da uğurlar əldə olunduğunu bildirib. Kənddə səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi və əhaliyə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılması üçün 15 çarpayılıq yeni xəstəxana binası istifadəyə verilib. İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun yenidən qurulması başa çatdırılıb. Həmçinin, Sahibkarlığa Kömək Milli Fondunun maliyyə vəsaiti hesabına çörək zavodu inşa edilib. Daha sonra uğurlarla yanaşı, nöqsan və çatışmazlıqlar qeyd olunub. Sonda 2014-cü ildə qarşıda duran vəzifələr müzakirə edilib.
“İsmaylllı xəbərləri”