Hədiyyəsiz qalmadılar

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin İsmayıllı rayon təşkilatı rayonun Kommunal Müəssisələri Kombinatında çalışan qadınlar üçün 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir təşkil edib.
KMK-nın rəisi Vidadi Məmmədov müəssisədə 48 qadının çalışdığını deyib. Rayonun təmiz saxlanmasında bu qadınların əvəzsiz xidmətindən söz açan V.Məmmədov onların ilin bütün fəsillərində əzmkarlıqla işləmələrindən razılıqla danışıb danışıb.

Göstərilən diqqət və qayğıdan işin çətinliyini hesaba almayan tədbir iştirakçıları yaşadıqları bayram sevincinə görə müəssisənin rəhbərliyinə, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin İsmayıllı rayon təşkilatına minnətdarlıq ediblər.
Müəssisədə ərazinin yaşıllaşdırılması işi üzrə rəis müavini kimi çalışan Hüseyn Hüseynov, bu qadınların aztəminatlı ailələrdən olmasını, mənzil şəraitlərinin kifayət qədər yaxşı olmadığını deyib və buna baxmayaraq, vəzifə borclarını layiqincə yerinə yetirdiklərini qeyd edib.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin İsmayıllı rayon təşkiklatının sədri Zahid Əkbərov ağır işdə çalışan qadınların istirahıtindın, onlara göstərilən dövlət və həmkarlar qayğısından danışıb, zəhmətkeş qadınları bayram münasibəti ilə təbrik edib.
Kəmalə Zeynalova, Şahin Əşrəfov təbriklərə qoşularaq, həmkarlarına can sağlığı, uzun ömür arzulayıblar.
Tədbirin sonunda şəhər ərazisinin təmiz saxlanması işində yorulmaq bilmədən çalışan qadınların hər birinə qiymətli hədiyyələr təqdim edilib.
Ş.Soltanov

Şərh Yaz