Şahmatçılarımızın uğuru

Respublika “Təhsil” İdman Mərkəzi 25 fevraldan 6 mart 2014-cü il tarixinədək Ağcabədi rayonunda Xocalı soyqırımı şəhidlərinin xatirəsinə həsr edilmiş şahmat üzrə ölkə birinciliyi keçirmişdir. Yarışda respublikanın 33 şəhər və rayonundan şahmatçılar iştirak etmişlər. Rayonumuzun gənc şahmatçıları da bu birincilikdə qüvvələrini sınamışlar.

İstedadlı şahmatçımız Cəbrayıl Hüseynov 14 yaşlı oğlanlar arasında birinci yeri tutaraq, qızıl medalı boynundan asmışdır. Digər şahmatçımız Qəfər Bədəlov isə 12 yaşlılar arasında ikinci yerə çıxaraq, gümüş medala layiq görülmüşdür.
Gənclərimizi bu qələbələr münasibətilə təbrik edir, onlara yeni idman nailiyyətləri arzulayırıq.
Rəşadət Süleymanov,
rayon Uşaq-Gənclər Şahmat məktəbinin məşqçi-müəllimi

Şərh Yaz