Topçuda səyyar görüş-qəbul

Mart ayının 17-də Topçu kəndində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sakinlərlə görüş-qəbul keçirib. Görüşdə kənd sakinlərinin RİH-nə müraciətləri əsasında ortaya çıxan problemlərdən söhbət gedib. Kəndin problemləri ilə tanış olduğunu bildirən M.Sadıqov onların əlbir həlli yollarının araşdırılmasından danışıb.
Topçu ərazi idarəetmə dairəsi mərkəzi Topçu kəndi olmaqla Buynuz və Şirvanmeşə yaşayış məntəqələrini əhatə edir. Bu kəndlərin hər birinin sosial infrastrukturunun yüksəldilməsi baxımından böyük diqqətə ehtiyacı var.

2162 nəfərin yaşadığı İƏD-də 641 təsərrüfat vardır. Ən böyük problem işə qadir olanların faydalı əməklə yetərincə məşğul olmamalarıdır.
M.Sadıqov kənd sakinlərinin işəqadir tərkibinin faydalı əməyə cəlb edilməsinin, gənclərin savadlı yetişdirilməsinin vacibliyini vurğulayıb. Onları öz istək və imkanları daxilində iş birliyi qurmağa dəvət edib. Tədbirin Novruz bayramı ərəfəsinə düşdüyünü qeyd edən RİH başçısı tədbir iştirakçılarını, onların timsalında İƏD-də yaşayanları bayram münasibəti ilə təbrik edib. Onlara can sağlığı, süfrələrinə ruzi-bərəkət arzulayıb.
Çıxışlarda işıq, qaz, içməli su, yolla bağlı problemlərin mövcudluğu barədə fikirlər səslənib. Topçu kəndinin mərkəzi küçəsinin asfaltlaşdırılması, Topçu və Buynuz kəndlərində artezian quyuları qazılması, ərazidəki yararsız elektrik dirəklərinin dəyişdirilməsi, Topçu kəndində uşaq bağçasının tikilməsi, İsmayıllı-Topçu avtobus marşrutunun açılması, Topçu kəndinin şimal hissəsinə əlavə elektrik transformatorunun qoyulması kimi vacib məsələlər görüşdə söhbət mövzusu olub. Ağsaqqallar kənddə bankomat qoyulmasını da bəzi problemlərin həlli kimi dəyərləndiriblər.
RİH başçısının Topçu İƏD-i üzrə nümayəndəsi Gülzar Şirəliyeva göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıq edib.
Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verilib.
Şahməmməd Soltanov

Şərh Yaz