Şəhidin ad günü anıldı
Gəndov kənd ümumi orta məktəbində şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi önəm verilir. Şagirdlərlə xalqımızın qəhrəman oğulları, rayonumuzun şəhidləri və milli qəhrəmanları haqqında söhbətlər aparılır, veteranlarla görüşlər keçirilir, şəhidlərin anım günləri təşkil edilir. Məktəbdə milli qəhrəmanlara və kəndin şəhidlərinə həsr edilmiş foto-stendlər hazırlanıb.

Bu yaxınlarda məktəbdə şəhid həmyerlimiz Nizam Məlikməmməd oğlu Bağırovun anım günü qeyd edildi. Tədbirə Dövlət Səfərbərlik və HXÇ İdarəsinin İsmayıllı rayon şöbəsinin əməkdaşı kapitan Natiq Bayramov, QMƏVŞA ictimai birliyinin sədr müavini Kamil Dadaşov, həmin birliyin üzvü İsa Musayev, Qarabağ müharibəsi veteranı Yavər Qasımov, şəhidin ailə üzvləri və qohumları, kəndin sakinləri qatılmışdılar.
Şəhidin döyüş yolundan onun komandiri olmuş Kamil Dadaşov, onunla bir səngərdə vuruşmuş Yavər Qasımov geniş söhbət açmışlar.
Şagirdlər də tədbirə əliboş gəlməmişdilər. Onların hazırladığı ədəbi-bədii kompozisiyalar və söylədikləri şeirlər maraqla qarşılanmışdır.
Məktəbin direktoru Xuraman Qasımova tədris ocağında həyata keçirilən vətənpərvərlik tərbiyəsindən, ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə göstərilən yüksək dövlət qayğısından danışdı.
Şəhidin ailə üzvlərindən Ulduz Bağırova, qızı Əsmər tədbirin təşkilatçılarına, bu cür ailələrə daim qayğı göstərən RİH-nə minnətdarlıq bildirdilər.
Sonda kənd qəbiristanlığında şəhidlərin məzarları ziyarət edildi, qəbirlərin üzərinə gül dəstələri qoyuldu. Şəhidlərin ruhlarına dualar oxundu.
İlham Səmədov,
Gəndov ümumi orta məktəbinin direktor müavini