Şəbəkələşmiş təhsil mərkəzi
17 mart 2014-cü il tarixdə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə “Şəbəkələşmiş təhsil mərkəzi” layihəsinin təqdimatı olub.
Şəbəkələşmiş təhsil mərkəzi
17 mart 2014-cü il tarixdə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə “Şəbəkələşmiş təhsil mərkəzi” layihəsinin təqdimatı olub.
Məktəbin ingilis dili müəllimi Aytəkin Əhmədova layihənin 3 məqsədə yönəldiyini bildirib:
1. Məktəblərin İnformasiya Kommunikasiya Texnologiyalarından istifadə vəziyyətini araşdırmaqla tədris zamanı İKT-nin istifadəsinə mane olan amilləri aşkarlayıb aradan qaldırmaq;
2. Qlobal öyrənmə prosesinə daxil olmaq üçün müəllimləri VEB-2 alətləri ilə tanış etmək və tədris prosesini yüksəltmək;
3. Şəbəkələşmiş Tədris Mərkəzi vasitəsi ilə İsmayıllı müəllimlərinin və şagirdlərinin
beynəlxalq təhsil layihələrində, beynəlxalq təhsil mübadilə proqramlarında, olimpiadalarda iştirakını təmin etmək, dərs resurslarını, bloq, veb səhifə, viki səhifə, youtube və digər şəbəkələrdə resursları yaratmaqda yardımçı olmaq, müəllim və şagirdlərin professional inkişafını dəstəkləmək.
Layihə çərçivəsində məktəbdə şəbəkələşmiş təhsil mərkəzi yaradılıb.
Layihə ABŞ hökumətinin qeyri-siyasi, qeyri-dini agentliyi olan Sülh Korpusunun könüllüsü Emmi Boldvin və məktəbin ingilis dili müəllimi Aytəkin Əhmədova tərəfindən hazırlanıb.
S.Hüseynli
şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi