Gəlir Novruz bayramı

Bahardır. Səhər tezdən günəş dağların arxasından boylanır. Ağacların başından, budaqların arasından süzülüb gələn qızılı şüalar Azərbaycanımızı parlaq yaz işığı ilə nurlandırır. Çöllərdə, meşədə, çəməndə ilk xonçutlar, bənövşələr görünür. Baharın gəlişi özü ilə bərabər Novruz bayramını da gətirir. Azərbaycanlıların ən əziz bayramlarından biri Novruzdur. Novruz bayramına hazırlıq yazın ilk günlərindən başlayır. Novruz “yeni gün” deməkdir.
Gəlir Novruz bayramıGəlir Novruz bayramı

Novruz şənlikləri martın 21-nə dörd həftə qalmış başlanır. Həmin həftələrin çərşənbə axşamı günlərinə el arasında ilaxır çərşənbələri deyilir. Bunlar Su, Od, Yel, Torpaq çərşənbələridir. İlaxır çərşənbələrdə xalqımız qədim və gözəl adət -ənənələri yaşayır.
Su çərşənbəsinə Əzəl çərşənbə, Sular Novruzu da deyilir. Su çərşənbəsi suya müqəddəs inamla bağlıdır. Hələ gün doğmamışdan insanlar su üstünə gedir, əl-üzlərini yuyur, evə dinməz suyu gətirirlər.
Od çərşəmbəsi qədimdə xalqımızın günəşə, aya sitayişi ilə bağlıdır. Həmin gün tonqallar çatılır, insanlar onun üstündən atılırlar. Ağrı acıları odda yandırdıq deyirlər.
Yel çərşəmbəsində əsməyə başlayan ilıq küləklər yazln gəlməsindən xəbər verir.
Torpaq çəşəmbəsində yer oyanır, torpaq günəşin ilıq nəfəsindən isinir. İnanclara görə sonuncu çərşənbədə ürəyində niyyət tutub qaş qaralandan sonra xəlvətcə qohum-qonşu qapısına gedirdilər.Qapı dalında durur, içəriyə qulaq asırlar. İçəridən eşitdiyin xoş söz niyyətinin olacağına işarə olardı. Bu ənənəyə “qulaq falı”deyirlər.
Torpaq çərşənbəsində evlərdə üzərrik yandırılır ,həyətlərdə isə tonqallar qalanır.Uşaqlar torba götürüb qapı-qapı gəzir, ”Novruz payı“ yığarlar. Torbalar qapılara gizlincə atılar. Novruzun payı bəzəkli yumurtalar, meyvə, şirniyyat, qoğal və s.olur.
Bayram axşamı suya iynə atıb bəxtini sınamaq qızların adəti olub .Oğlanlar isə keşmişdə damın üstünə çıxar, torbaların bacadan içəri sallayardılar. Adətə görə ev sahibi torbaya şirniyyat qoymalı idi.
Gəlir Novruz bayramı
Bu el bayramında təzə paltar geyinir, ev-eşik, həyət-baca səliqəyə salınır.
Çərşənbə axşamı xoncalar bəzənir, plov bişirilir, süfrəyə şirni və başqa nemətlər düzülür. Bu əziz bayramda bütün küsülülər barışırlar.
Novruz bayramı yaxınlaşanda hamı öz evində bayram süfrəsi açır.Ailə üzvləri süfrə ətrafında yığışır və novruzun gəlişini gözləyirlər. Bayram süfrəsini yeddi nemət bəzəyir: paxlava, şəkərbura, qoğal, iydə, kişmiş, xurma, innab. Novruz süfrəsinin bəzəyi xonşaya qoyulmuş beli qırmızı ilə bağlamış səmənidir. Səməninin ətrafını rəngbərəng yanan şamlar bəzəyir.
İl təhvil olan kimi süfrə başındakılar qucaqlaşıb öpüşürlər, bir-birini təbrik edir, deyib-gülür, şənlənirlər. Gənc ailələr ata evinə, yaşlı qohum, dost və tanış evlərinə gedərək onların bayramlarını təbrik edirlər.
Novruz bayramında yumurta döyüşür, bir çox mərasimlər keçirilir, tamaşalar göstərirlər. Kosa və Keçəl tamaşaların baş qəhrəmanlarıdır. Novruz şənliklərində “Novruzu”adlı milli rəqsimiz ifa olunur. Novruz bayramını bəzi Şərq xalqları da bayram edirlər.
Yansın hər evin şamı,
Gəlir Novruz bayramı!
Gün o gün olsun ki, qaçqınlar və məcburi köçkünlər öz ata-baba torpaqlarında Novruz bayramı keçirsinlər, Həsrətini çəkdiyimiz doğma torpaqlarda evlərində işıq, süfrələrində şam yansın.

Surə Cəbrayılova,
E.Bayramov adına Talıstan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi

Şərh Yaz