Unudulmazlardan biri
14 mart… Azərbaycan tarixində azadlıq uğruna aparılan mübarizədə səsimizin boğulduğu gün.
838-ci il martın 14-də Xürrəmilər hərəkatının başçısı Babək edam olundu. O vaxtdan 12 əsr keçir. Samirə şəhərində edam olunan Babək hələ də qəlbimizdə yaşayır. Babək ərəblərə qarşı döyüşlərdə qətiyyətlə iştirak etmiş, Xürrəmilərin başında durmuşdur. Bu böyük Azərbaycan qəhrəmanının öldürülməsində “sapı özümüzdən olan baltalar”ın əli olmuşdur. Səhl ibn Sumbat tərəfindən tutularaq Babəkin ərəblərə təslim edilməsi Azərbaycanın düşmənlərə satılması demək idi.

Babəkin 816-cı ildə Cavidanın ölümündən sonra, xanımının təşəbbüsü ilə Xürrəmilər hərəkatına başçı seçilməsi nəticəsində bu hərəkat sanki yenidən doğuldu. Uğur üstünə uğur əlavə olundu. Babək yeni sistem təşkil etdi. Bu hərəkat o qədər güclü və geniş oldu ki, ərəb xəlifəsi Məmun ölərkən varislərinə Babəkə qarşı amansız olmağı vəsiyyət etdi. Bundan sonra Ərəb xilafəti Bizansla olan müharibəni dayandıraraq 819-cu ildə Xürrəmilərə qarşı ilk nizami ordu göndərdi. Ordu çox güclü olsa da, Xürrəmiləri məğlub edə bilmədi. 14 il sonra Xürrəmilərin məğlubiyyəti ilə nəticələnən II Həmədan döyüşü (833) baş verdi. 835-ci ildə isə türk mənşəli olan Afşin Ərəb ordusunun komandanı seçildi. 837-ci ildə Bəzz qalası mühasirəyə alındı və Xürrəmilər məğlub edildi.
838-ci ildə isə azadlıq səsimiz boğuldu. Lakin bundan sonra ayrı-ayrı dövrlərdə üsyanlar, müharibələr oldu, xalqın azadlıq və müstəqillik uğrunda apardığı mübarizələr bəhrəsini verdi. Bu gün azad və müstəqil bir ölkənin vətəndaşı olmaqdan fəxr duyuruq. Bizə bu səadəti bəxş edənləri unutmayacağıq. Babək o unudulmazlardan biridir.
Ləman Süleymanzadə,
şəhər 4 nömrəli tam orta məktəbinin XI sinif şagirdi