Novruz şirniyyatları

Novruz xalqımızın qədim adət və ənənələrini yaşadan, hər kəsin sevgi ilə qarşıladığı bayramdır. Gəlişini səbirsizliklə gözlənilən bu bayramın qədim və rəngarəng adət-ənənələri var. Adətlər sırasında bayram xonçası hazırlamaq özünəməxsus yer tutur. Novruz xonçasının bəzəyi müxtəlif şirniyyatlardır. Bu təamların hər birinin rəmzi mənaları da vardır. Şəkərbura təzə ayın, qoğal günəşin, paxlava isə ulduzların rəmzidir. Bu şirniyyatların formasına baxdıqda da bunu görmək mümkündür.

Novruz şirniyyatları Novruz şirniyyatları

Novruz xalqımızın qədim adət və ənənələrini yaşadan, hər kəsin sevgi ilə qarşıladığı bayramdır. Gəlişini səbirsizliklə gözlənilən bu bayramın qədim və rəngarəng adət-ənənələri var. Adətlər sırasında bayram xonçası hazırlamaq özünəməxsus yer tutur. Novruz xonçasının bəzəyi müxtəlif şirniyyatlardır. Bu təamların hər birinin rəmzi mənaları da vardır. Şəkərbura təzə ayın, qoğal günəşin, paxlava isə ulduzların rəmzidir. Bu şirniyyatların formasına baxdıqda da bunu görmək mümkündür.
Bəs bu şirniyyatlar necə hazırlanır?
Şəkərbura
Novruz şirniyyatları
Şəkərbura üçün süd 25-30 dərəcəyə qədər qızdırılır, içinə duz və maya qatılır. Bu südə ələnmiş un, çalınmış yumurta və əridilmiş yağ vurulur, bərk xəmir yoğrulur, 1-1,5 saat ərzində isti yerdə (30-35 dərəcə temperaturda) saxlanılır. Xəmir qalxdıqdan sonra kündələnib 2 millimetr qalınlıqda yayılır, 10 sm. diametr ölçüsündə dairələr kəsilir. Bu dairələrin arasına hazır iç qoyulub örtülür və kənarları vintvari şəkildə bükülür. Şəkərbura sol əlin ovucuna qoyulur, naqqaşla üstünə müxtəlif naxışlar salınır. Sonra şəkərbura azacıq qurudulur və sobada bişirilir.
İç hazırlamaq üçün əvvəlcə şirin badam maşından keçirilir. Badam olmadıqda onu fındıqla əvəz etmək olar. Fındıq dənəsi tavada qovurulur. Elə etmək lazımdır ki, ləpə yanmasın. Qovurmaq vasitəsilə onun yalnız qabığının çıxması asanlaşdırılır. Fındıq ləpəsi cod kətan parçası arasında ovulur və qabıqdan təmizlənir. Təmizlənmiş və maşından keçirilmiş fındıq ləpəsinə və ya badama 1:1 nisbətilə şəkər tozu, azacıq hil qarışdırılır.
Lazım olan ərzaqlar: un, ərinmiş yağ, yağlı süd, yumurta, maya, fındıq və ya badam ləpəsi, şəkər tozu, hil, duz, vanil.
Qoğal
Novruz şirniyyatları
Qoğalın xəmirini hazırlamaq üçün aşağıdakılar lazımdır:
2,5 litr süd, 250 qram kərə yağı, 5 yumurta, duz, maya (droj)
Qoğala xüsusi dad verən iç hazırlamaq üçün isə aşağıdakılar tələb olunur:
Kərə yağı (250 qram ), cirə (2 çay qaşığı ), raziyanə (2 çay qaşığı ), sarıkök (2 çay qaşığı), duz (zövqə görə), istiot (zövqə görə), darçın (1 çay qaşığı), un (içliyə lazım olan qədər).
İçliyi hazırlamaq üçün əvvəlcə yağı əridirik, yağı ocağın üzərindən götürmədən ədviyyatları yağın üzərinə tökürük və un əlavə edib içlik halına düşənə qədər qovururuq. Daha sonra içliyi kənara qoyub xəmiri hazırlamağa başlayırıq.
Xəmiri hazırlamaq üçün əvvəlcə südü ilıq hala gətirib yağı onun içində yumşaldırıq, duz və maya əlavə edib bir az qarışdırırıq. Un əlavə edib yoğururuq, çalışmaq lazımdır ki, xəmir əlimizə yapışmayana qədər yoğuraq. Xəmir nə bərk, nə də boş olmalıdır. Xəmir hazır olduqdan sonra onu isti yerə qoyub gəlməyini gözləyirik. Xəmir gələndən sonra onu kündələrə ayırırıq. Sonra kündələri açıb bir-bir yağlayırıq. Açılmış hər 3 kündədən bir arasına içlik səpirik. Bu qayda ilə 10-12 qat yağlayıb içləyirik. Sonra onu bərabər hissələrə bölürük, onları rulet şəklində burub yastılayırıq, arasında oyuq yaradıb içlik qoyuruq. Oyuğu büküb üzərindən əlimizlə yastılayırıq. Üst-üstə üç-üç yığıb üzərini salafanla örtürük ki, xəmir yaxşı köpsün. Xəmiri mütləq isti yerə qoymalıyıq ki, köpsün. Sonra onları sobanın dəmir qablarına yığıb içlikdən biraz qoyub üzərini yumurtalayırıq və üstünə zövqümüzə görə xaş-xaş, küncüt, çörəkotu səpmək olar. Xatırladım ki, bütün bu ədviyyatlar mağazalarımızda mövcuddur. Bütün bunlar hazır olduqdan sonra qoğalı sobaya qoyub bişiririk.
Təqdim olunan reseptdən təxminən 75-80 dənə qoğal çıxır.
Paxlava
Novruz şirniyyatları
Azərbaycanın ayrı-ayrı bölgələrində paxlavanı müxtəlif formada hazırlayırlar. Daha məşhur olan Bakı paxlavasıdır.
Bakı paxlavasının xəmirini hazırlamaq üçün əla növ buğda unu, əridilmiş yağ, üzlü süd, yumurta, maya, zəfəran, vanil və baldan istifadə edilir.
İçlik hazırlamaq üçün badam, qoz ləpəsi, şəkər tozu lazımdır.
Xəmirin yoğurulması və için hazırlanması şəkərburada olduğu kimidir. Xəmiri 0,5 mm qalınlığında yayın. Tavaya yağ sürtüb xəmiri ora sərin. Üstünə 3-4 mm. qalınlığında iç tökün. İçliyin üstünə ikinci xəmir qatını salıb yağlayın və yenidən içlik tökün. Bu prosesi 8-10 qata qədər davam etdirin. Sonra müəyyən ölçüdə romb şəklində paxlava kəsin. Üst qatına zəfəran şirəsi qatılmış yumurta sarısı çəkin. Hər paxlavanın ortasına yarım ləpə və ya püstə qoyub 180-200 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin. Hazır olmağa 15 dəqiqə qalmış üstünə şərbət və ya bal tökün.
Toplayanı:
Çinarə

Şərh Yaz