Əməkdaşlığın inkişafı

Əməkdaşlığın inkişafıƏməkdaşlığın inkişafı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının xeyir-duası ilə Yaponiyanın Şizioka Prefekturasının İto şəhəri ilə rayonumuz arasında dostluq və qardaşlıq münasibətləri yaranmışdır.

Əməkdaşlığın inkişafı
Münasibətləri rəsmiləşdirmək məqsədi ilə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun başçılıq etdiyi nümayəndə heyəti İto şəhərində olmuş, 22 noyabr 2013-cü il tarixdə şəhərlər arasında dostluq, qardaşlıq münasibətlərinin rəsmiləşdirilməsi ilə əlaqəli saziş imzalanmışdır.
Səfər zamanı tərəflər arasında təhsil, turizm, kənd təsərrüfatı və s. sahələrdə təcrübə mübadiləsinin aparılması, qarşılıqlı səfərlərin təşkili və hərtərəfli əməkdaşlıq münasibətlərinin gələcəkdə dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılmışdır.
Sazişin imzalanmasından ötən dövr ərzində hər iki şəhər tərəfindən tədbirlər planı hazırlanmış, qarşılıqlı fəaliyyət istiqamətləri müəyyən olunmuşdur. Bütün bunların nəticəsidir ki, 23 fevral 2014-cü il tarixdə Yaponiyada çox məşhur olan iş adamı, “Kosuqi Zohen LTD” şirkətinin prezidenti Saki Kosuqi, vitse prezident Andreas Hamacher rayonumuzda olmuşlar. S.Kosuqi rayonumuzda kənd təsərrüfatının canlandırılması ilə əlaqədar hazırlanmış təkliflərini rayon rəhbərliyinə təqdim etmişdir.
Əməkdaşlığın inkişafı
Yaponiyadan gəlmiş qonaqları əvvəlcə RİH başçısı Mirdaməd Sadıqov qəbul etdi, əməkdaşlığın gələcək perspektivləri ətraflı müzakirə olundu. Səmimi qəbula görə qonaqlar rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Sonra qonaqlar şəhər 1 nömrəli tam orta məktəbdə oldular. İngilis dili müəllimi Aytəkin Əhmədovanın rəhbərliyi ilə yapon məktəbliləriylə məktublaşan şagirdlərlə görüşdülər. Məktəblilərin rayonumuz haqqında ingilis dilində hazırladıqları təqdimat qonaqlarda xoş təəssürat yaratdı.
Əməkdaşlığın inkişafı
Növbəti görüş iş adamı Cavanşir Seyidovun və digər mütəxəssislərin iştirakı ilə keçirildi. C.Seyidov təsərrüfatı haqqında məlumat verdi. Yaponiyada bitən bəzək ağaclarını təsərrüfatında yetişdirdiyini bildirdi.
Günün sonunda qonaqlar Hacıhətəmli kəndində fəaliyyət göstərən “İsmayıllı şərab-2” müəssisəsində oldular.
Əməkdaşlığın inkişafı
Fevral ayının 23-də qonaqlar əvvəlcə Lahıc qəsəbəsində Nəzər Əliyevin misgərlik emalatxanasında, muzeydə, məktəbdə və XIX əsrdə tikilmiş hamamda, günün ikinci yarısında Basqal qəsəbəsində fəaliyyət göstərən ipək mərkəzində, günün sonunda isə Tircan kənd sakini İslam Fətullayevin arıçılıq təsərrüfatında oldular.
Qonaqlar səfər proqramından razı qaldılar, göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıq bildirdilər.
Ş.Soltanov

Şərh Yaz