Sağlamlığımız bizi düşündürməlidir

Sağlamlığımız bizi düşündürməlidir
İsmayıllı rayon Heydər Əliyev Mərkəzində rayon əhalisinin fevral ayının 17-dən may ayının 1-dək pulsuz tibbi müayinə edilməsinə həsr olunan Şura iclası keçirilib.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, sağlamlığın əsasını profilaktika təşkil edir. Ulu öndər Heydər Əliyevin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan icra başçısı, prezident İlham Əliyev tərəfindən bu qayğının daha da artırıldığını deyib. Odur ki, ölkə rəhbərinin tapşırığı ilə əhalinin sağlamlığının qorunması işində vacib tədbirlər həyata keçirilir. Rayon əhalisinin tibbi müayinədən keçirilməsi bu sahədə görülən işlərin bariz nümunəsidir.

RİH başçısının müavini Sevil Əhmədova tibbi müayinənin keçirilməsinə rəhbərlik etmək üçün komissiya yaradıldığını deyib və bu sahədə görüləcək işlərlə bağlı çıxışını iclas iştirakçılarının diqqətinə çatdırıb (Çıxışın ixtisar olunmuş mətni qəzetimizin bu sayında dərc olunur).
İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinə, bələdiyyə sədrlərinə, idarə bə müəssisələrin rəhbərlərinə mühüm kompaniyaya diqqətlə yanaşmalı olmaları xatırlanıb.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aftandil Rəhimov tibbi müayinə qrafiki barədə açıqlama verib, rayonun səhiyyə işçilərini əhalinin xidmətində ciddi durmağa çağırıb.
İcra başçısı Mirdaməd Sadıqov məsələ ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Sonda işlərin icrasına istiqamətləndirilmiş qərar layihəsi oxunub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz