Hamı tibbi müayinədən keçiriləcək

Bu gün sizinlə birgə həyatı əhəmiyyət kəsb edən, bütün əhali qrupları üçün vacib olan bir məsələnin müzakirəsi və həyata keçirilməsi yollarını müəyyənləşdirmək üçün bir araya gəlmişik. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına əsasən Respublikanın bütün rayonlarında, o cümlədən İsmayıllıda əhali tibbi müayinədən keçirilməlidir.
Hamı tibbi müayinədən keçiriləcəkHamı tibbi müayinədən keçiriləcək

Bu gün sizinlə birgə həyatı əhəmiyyət kəsb edən, bütün əhali qrupları üçün vacib olan bir məsələnin müzakirəsi və həyata keçirilməsi yollarını müəyyənləşdirmək üçün bir araya gəlmişik. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına əsasən Respublikanın bütün rayonlarında, o cümlədən İsmayıllıda əhali tibbi müayinədən keçirilməlidir.
Hamı tibbi müayinədən keçiriləcək
Bu işin təşkili yollarından danışmazdan əvvəl qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa bütün istiqamətlərdə beynəlxalq standartlara uyğun qayğı göstərməklə yanaşı, onun sağlamlığının təmin olunması məsuliyyətini də öz üzərinə götürmüşdür. Bu problemin həlli üçün sağlam həyat tərzinin yaradılması görülən işlərin ön sırasına çəkilir.
Respublikada ərzaq təhlükəsizliyinin tam təmin olunmasından əminliklə danışmaq olar. Hər bir yaşayış məntəqəsində sanitariya-gigiyena vəziyyətinin yaxşılaşması, çoxsaylı idman komplekslərinin, diaqnostika mərkəzlərinin açılması, sanatoriya-kurort müəssisələri şəbəkəsinin genişlənməsi sağlam həyat tərzinin yaranmasına imkan verir
İnsan sağlamlığına xidmət etmək üçün ixtisaslı həkim olmaq mütləq deyildir. Hər bir cavabdeh, məsul şəxs işçiləri üçün normal məişət və əmək şəraiti yaradırsa, hər bir bələdiyyə sədri və icra nümayəndəsi rəhbərlik etdiyi ərazidə nümunəvi sanitariya-gigiyena şəraiti yaradırsa, ümumtəhsil məktəbləri aid orqanlarla birgə uşaq və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırırsa, demək insan sağlamlığına xidmət etmiş olur. Sağlamlığın əsasını profilaktika təşkil edir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığı əsasında rayon əhalisinin tibbi müayinədən keçirilməsi bu tədbirlərin ən önəmlisi, ən əhəmiyyətlisi və əhatə dairəsinə görə ən geniş miqyaslısıdır.
Qeyd olunduğu kimi, rayon əhalisi 17 fevraldan başlayaraq may ayının birinədək tibbi müayinədən keçirilməlidir. Azərbaycan dövlətinin, cənab Prezidentin qayğısından irəli gələn bu vacib aksiyanın icra mexanizmi müəyyənləşdirilib. Rayon İcra Hakimiyyətinin başçısı 14 fevral 2014-cü il tarixli sərəncamla tibbi müayinənin keçirilməsinə rəhbərlik etmək üçün komissiya yaratmışdır. Rayon mərkəzi xəstəxanasının rəhbərliyi 16 yerdə müayinə keçirməyi qrafikləşdirmişdir. Məlum sərəncamla 16 işçi qrupu yaradılmışdır. Komissiya üzvlərinin hərəsi bir işçi qrupuna rəhbər təyin edilmişdir. Tibbi müayinənin dəqiq qrafiki hazırlanmışdır. Bu günkü şura iclasına komissiya üzvləri, işçi qrupun, rayon mərkəzi xəstəxanasının rəhbərləri, müayinə keçiriləcək məntəqələrin müdirləri, icra nümayəndələri və bələdiyyə sədrləri dəvət olunublar. Bu tərkibdə toplaşmağımız ona görədir ki, dövlət əhəmiyyətli bu məsələni birgə məsuliyyətlə, tələb olunan səviyyədə həll edək. Müayinə zamanı rentgen baxışına ehtiyac yaranarsa, bunun üçün müayinədən keçirilənlər mərkəzi xəstəxanaya göndərilməlidirlər.
Rayon İcra Hakimiyyəti başçısının yerlərdəki nümayəndələri, bələdiyyələr xüsusilə, diqqətli olmalı, ərazilərdəki əhalini müayinəyə səfərbər etməlidirlər.
Bu, cənab Prezident İlham Əliyevin tapşırığı ilə icra və səhiyyə orqanlarının qarşısına qoyulan vəzifədir. Onu yerinə yetirmək isə mütləq borcumuzdur.
Sevil Əhmədova

Şərh Yaz