Sevimli qonaq

Sevimli qonaq
Fevral ayının 11-də Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rövşən Ağayev şəhər 2 nömrəli uşaq bağçasında balacaların qonağı oldular.

Azərbaycanın və Yaponiyanın milli paltarlarını geyinmiş uşaqlar sevimli qonağı yapon dilində salamlayıb, ona gül dəstələri təqdim etdilər.
Bağçadakı idman zalı, əyləncəli oyunlar, yataq otaqları, yeməkxana ilə tanış olan səfir, yaradılan şəraitdən razılığını bildirdi.
Dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan uşaqlar səfirə Azərbaycan və ingilis dillərində vətənə, ulu öndər Heydər Əliyevə aid şeirlər söylədilər.
Yeni açılmış bağçaya, yaradılan şəraitə görə dövlətimizə, Yaponiya səfirliyinə və İsmayıllı rayon İcra Hakimiyyətinə kollektivimiz və valideynlər adından minnətdarlığımızı bildiririk.
Söz veririk ki, bundan sonra daha yaxşı işləyəcək, körpə fidanlarımızın hərtərəfli inkişafı, layiqli vətəndaş kimi yetişməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Mehriban Salahova

Şərh Yaz