Xocalı

Düşmənin bağrına sancılan oxdur,
Belə gözəl məkan cənnətdə yoxdur,
Düşməni varsa da, dostu da çoxdur,
Dərdini dostlarla bölər Xocalı.

Xocalı

Düşmənin bağrına sancılan oxdur,
Belə gözəl məkan cənnətdə yoxdur,
Düşməni varsa da, dostu da çoxdur,
Dərdini dostlarla bölər Xocalı.

O gecə bağrını al-qan etdilər,
Uşağı, qocanı üryan etdilər,
Gülər gözlərini giryan etdilər,
Düşmənin üstünə gülər Xocalı.

Haqqa-ədalətə səfəri varsa,
Dünyanın bu dərddən xəbəri varsa,
Sağ qalan tək bircə nəfəri varsa,
Bir gün göz yaşını silər Xocalı.

Xocalı
Südabə Şeyda (Abdurzaqova),
İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Şərh Yaz