Qalx ayağa, vətən oğlu

Qalx ayağa, vətən oğlu,
Bir soluna, sağına bax!
Ana yurdun sinəsində
Çalın-çarpaz dağına bax!
Qalx ayağa, vətən oğlu

Qalx ayağa, vətən oğlu,
Bir soluna, sağına bax!
Ana yurdun sinəsində
Çalın-çarpaz dağına bax!

Şəhid olan bölgəmiz var,
Yaralanan ölkəmiz var.
Qılınclanan kölgəmiz var,
Düşməninə, yağına bax!

Qar üstünə düşən başa,
Güllə, mərmi deşən başa,
Sən bu tarixi savaşa,
Alınmış torpağına bax!

Canımıza alov düşdü,
Qız-gəlinlər girov düşdü.
Qış gəlməmiş qırov düşdü,
Qara saçın ağına bax!

Gileylidir xarı-bülbül,
Nalə çəkir “Sarı bülbül”.
Çiçək gəzir arı, bülbül,
Talan Qarabağına bax!

Səbir kasan dolub-daşsın,
İçindəki həddi aşsın.
Düşmənin qana bulaşsın,
Onun məğlub çağına bax.
Qalx ayağa, vətən oğlu
Xatın

Şərh Yaz