İsmayıllı məktəblisinin erməni cəlladlarına məktubu

Şəhər 1 nömrəli tam orta məktəbiniin 5-ci sinif şagirdlərinin erməni cəlladlarına yazdıqları məktublardan birini təqdim edirik:İsmayıllı məktəblisinin erməni cəlladlarına məktubu

Şəhər 1 nömrəli tam orta məktəbiniin 5-ci sinif şagirdlərinin erməni cəlladlarına yazdıqları məktublardan birini təqdim edirik:
“Artıq elə bir zaman gəlib çatıb ki, Xocalı həqiqətlərinin əsl mənasını həm Azərbaycanda, həm də bütün dünyada hamı yaxşı başa düşür. Siz necə? Nə etdiyinizi anlayırsınızmı? Bu hüznlü günlərdə dünyanın ən qanlı faciəsini yada salaraq düşünürük ki, görəsən bu vəhşiliklər insan beyninin məhsuludur? Onların köksündəki ürək buna necə dözüb? Niyə bu işi görən əllər qurumayıb?
Mən o hadisələrdən 11 il sonra dünyaya gəlmişəm. Dərk etdiyim ən qorxulu hadisə Xocalı faciəsi olub. Bəli, siz günahsız insanlara düşmən kəsilmisiniz. İnsanlar sizə lənət oxuyur. Bu dünyada torpaq davası edirsiniz. O dünyada da sizə yer olmayacaq. Çünki torpaq siz xislətdə olanları qəbul etmir.

Ziya Əhmədli,
V c sinfinin şagirdi

Şərh Yaz