İsmayıllı rayon fəallar yığıncağı iştirakçılarının müraciəti

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunmuş konfransla əlaqədar rayonda keçirilən yığıncağın iştirakçıları iftixarla qeyd edirlər ki, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı, Sizin rəhbərliyiniz sayəsində dünya ölkələrinin ön sırasına çıxan, beynəlxalq miqyasda söz sahibinə çevrilən Azərbaycanın vətəndaşı olmaq şərəfini tükənməz sevinc hissi ilə yaşayırlar.Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfrans”la əlaqədar 12 fevral 2014-cü ildə İsmayıllı rayon fəallar yığıncağı iştirakçılarının müraciəti
Möhtərəm cənab Prezident!
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunmuş konfransla əlaqədar rayonda keçirilən yığıncağın iştirakçıları iftixarla qeyd edirlər ki, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı, Sizin rəhbərliyiniz sayəsində dünya ölkələrinin ön sırasına çıxan, beynəlxalq miqyasda söz sahibinə çevrilən Azərbaycanın vətəndaşı olmaq şərəfini tükənməz sevinc hissi ilə yaşayırlar.
2004-cü ildə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar birinci Dövlət Proqramının qəbul edilməsindən ötən on il ərzində Sizin rəhbərliyinizlə aparılan islahatların, ölkəmizdə hökm sürən sabitliyin və düşünülmüş siyasətin məntiqi nəticəsi olaraq iqtisadi sahədə Azərbaycan ən sürətli templə və dinamik şəkildə inkişaf etməkdədir.
Dövlət Proqramlarının icrası nəticəsində son illərdə İsmayıllı rayonu da abadlaşmış, yeni-yeni sosial-iqtisadi layihələr həyata keçirilmişdir. Su, qaz, elektrik enerjisi təchizatı əsaslı surətdə yaxşılaşmışdır. 2013-cü il avqust ayının 14-də Sizin İsmayıllıya tarixi səfəriniz zamanı rayonumuzun gələcək inkişafı üçün verdiyiniz dəyərli tövsiyə və tapşırıqlar ismayıllıların böyük sevincinə və ruh yüksəkliyinə səbəb olmuşdur.
Rayonun sosial-iqtisadi inkişafı məqsədilə Sərəncamlarınızla Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayırılan vəsait hesabına rayonda tikinti-abadlıq, quruculuq işləri müvəffəqiyyətlə davam etdirilir.
Möhtərəm cənab Prezident!
Yaxın vaxtlarda qəbul olunacaq 3-cü Dövlət Proqramının əsas istiqamətləri ilə bağlı dərin məzmunlu və proqram xarakterli çıxışınızla ölkəmizin inkişafı barədə hər bir vətəndaşda fəxr və qürur hissi yaratdınız. Növbəti 5 il ərzində ölkəmizdə həyata keçiriləcək strateji xətti hamının başa düşəcəyi sadə və olduqca mənalı şəkildə şərh etdiniz. İnkişafı təmin edəcək prioritet məsələlərlə yanaşı, hər bir regionun xüsusiyyətlərinə uyğun konkret istiqamətləri də göstərdiniz.
Sahibkarlığın inkişafına göstəriləcək dövlət dəstəyi, kənd təsərrüfatının inkişafının növbəti illərdə iqtisadi sahədə prioritet olaraq qalacağı, Aqroparkların yaradılması ilə yanaşı, kəndli-fermer təsərrüfatlarının da inkişafına qayğı ilə yanaşılacağını bəyan etdiniz. Sənayenin, elmi tutumlu sahələrin inkişafına, informasiya-kommunikasiya texnologiyaları nailiyyətlərinin tətbiqinə geniş üstünlük veriləcəyi barədə fikirləriniz böyük razılıqla qarşılanmışdır. 2014-cü ili “Sənaye ili” elan etməyiniz deməyə əsas verir ki, yaxın illərdə ölkəmiz ən qabaqcıl sənaye ölkəsinə çevriləcəkdir.
Möhtərəm cənab Prezident!
İnkişafımıza xələl gətirən, nailiyyətlərə kölgə salan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin bundan sonra da ən ciddi şəkildə davam etdirilməsi, bu böyük sosial bəlanın aradan qaldırılması üçün sistem xarakterli tədbirlərin görülməsi, məmur özbaşınalığının qarşısının alınması ölkəmizdə şəffaflığı tam şəkildə təmin edəcəkdir.
Hər bir dövlət məmurundan tələbiniz, xüsusilə “Dövlət məmuru xalqın xidmətçisidir, xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər” deməyiniz xalqa göstərdiyiniz yüksək qayğının bariz təzahürüdür.
Yaxşı başa düşürük ki, qarşıda Sizin rəhbərliyinizlə Azərbaycan xalqının görəcəyi möhtəşəm işlər çoxdur. Sizi əmin edirik ki, ismayıllılar həmişə Sizinlədir, Sizin daxili və xarici siyasətinizi bundan sonra da yekdilliklə müdafiə edəcək, respublikamızın inkişafı naminə bütün tədbirlərdə və quruculuq işlərində vətəndaş fəallığı, əmək fədakarlığı nümayiş etdirəcəkdir.

Şərh Yaz