Heydər Əliyev məktəbi fəaliyyətə başladı

Heydər Əliyev məktəbi fəaliyyətə başladı
Fevralın 4-də şəhərin Heydər Əliyev Mərkəzində “Heydər Əliyev irsinin öyrənilməsi dərsləri”inin ilk məşğələsi olmuşdur. Bu məşğələnin şagirdləri İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin XI sinif şagirdləri idilər. Məşğələlər ilin may ayının sonunadək davam edəcək. Məktəblərin XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda müstəqil Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzuların tədris olunması nəzərdə tutulmuşdur. Məqsəd isə ölkəmizin müasir tarixinin şagirdlər tərəfindən hərtərəfli öyrənilməsinə maraq oyatmaqla, onlarda fəal həyat mövqeyinin, vətəndaşlıq və vətənpərvərlik hisslərinin daha da gücləndirilməsinə etibarlı zəmin yaratmaqdan ibarətdir.Heydər Əliyev məktəbi fəaliyyətə başladı
Fevralın 4-də şəhərin Heydər Əliyev Mərkəzində “Heydər Əliyev irsinin öyrənilməsi dərsləri”inin ilk məşğələsi olmuşdur. Bu məşğələnin şagirdləri İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin XI sinif şagirdləri idilər. Məşğələlər ilin may ayının sonunadək davam edəcək. Məktəblərin XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda müstəqil Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzuların tədris olunması nəzərdə tutulmuşdur. Məqsəd isə ölkəmizin müasir tarixinin şagirdlər tərəfindən hərtərəfli öyrənilməsinə maraq oyatmaqla, onlarda fəal həyat mövqeyinin, vətəndaşlıq və vətənpərvərlik hisslərinin daha da gücləndirilməsinə etibarlı zəmin yaratmaqdan ibarətdir.
Heydər Əliyev məktəbi fəaliyyətə başladı
Bütün kənd tam orta məktəblərinin XI siniflərini də əhatə edəcək məşğələlər Mərkəzdə baş tutacaqdır. Buradakı zəngin əyani və texniki vasitələr məşğələlərin daha maraqlı keçirilməsinə köməklik göstərəcəkdir. Məşğələlərin cədvəli də tutulmuş, müəllimlər də seçilmişdir.
Heydər Əliyev irsinin gənclər tərəfindən öyrənilməsinə xüsusi diqqət verilir. Ulu öndərin həyat və fəaliyyəti hər bir azərbaycanlı gəncinə örnəkdir və onu öyrənmək çox mühüm əhəmiyyətə malik məsələdir. Axı bu böyük azərbaycanlı gənclərin yaxın dostu, müəllimi, yolgöstərəni və məsləhətçisi idi. Onun qoyub getdiyi irsi öyrənmək, onu fəaliyyətinə tətbiq etmək gənclərimizin gələcək həyatı üçün çox önəmlidir. Məhz belə məşğələlərin təşkili də bu zərurətdən irəli gəlir.
İlk məşğələni rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi, ixtisasca tarixçi olan Ramiz Baloğlanov aparmışdır. O, dinləyicilərə Ulu öndərin keçdiyi həyat yolu, fəaliyyəti, xalqı üçün gördüyü işlər, həyata keçirdiyi beynəlxalq layihələr və sairlər haqqında məlumat vermişdir. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, öncə ölkədə sabitliyi bərqərar etdi. Bu da ölkəni parçalamadan xilas etdi. Ölkə Konstitusiyasının hazırlanması və qəbulu, ordu quruculuğuna, silah istehsalına başlanması, iqtisadi layihələrdən olan əsrin müqaviləsi, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artırılması istiqamətində görülən işlər və sair ulu öndərin adı ilə bağlıdır.
Məşğələdə İsmayıllı RİH-nin işçisi Valeh Salehov da iştirak etmişdir. O, çıxışında Heydər Əliyevin rayonumuza səfərləri, bundan sonra gedən inkişafdan, tikinti və abadlıqdan söhbət açdı. Bununla əlaqədar “Mübarək səfərlər, səmimi görüşlər” adlı xatirələr kitabı nəşr edildi. Kitabin ideya müəllifi başçı Mirdaməd Sadıqov olmuşdur və onun vəsaiti ilə də nəşr edilmişdir. O, həmin kitabın iki nüsxəsini məktəbin direktoru Elçin Məmmədova təqdim etmişdir.
Sonda E.Məmmədov məşğələnin səmərəli olduğunu qeyd etdi və Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini vurğulamışdır. O, məşğələdə çıxış edənlərə təşəkkürünü bildirmişdir.
Süleyman Hüseynli,
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin XI sinif rus bölməsinin şagirdi

Şərh Yaz