Yaddas kitabcasi

İvanovka İƏD-də hesabat

İvanovka İƏD-də hesabat
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İvanovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib.
Hesabatda icra başçısı Mirdaməd Sadıqov bildirib ki, ölkə rəhbəri tərəfindən İsmayıllı rayonuna diqqət və qayğının artırılması nəticəsində İsmayıllı şəhərində, ayrı-ayrı yaşayış məntəqələrində, eləcə də İvanovka kəndində bir sıra işlər görülüb.

İvanovka İƏD-də hesabat İvanovka İƏD-də hesabat
İcra başçısının İvanovka İƏD-i üzrə nümayəndəsi Olqa Jabina hesabat mərzəsi ilə çıxış edərək bildirib ki, kənddə 2937 nəfər sakin yaşayır. Onların sosial rahatlığının təminatı üçün ötən il ərzində kəndin elektrik enerjisi, qaz və su ilə təchizatı istiqamətində rayonun xidmət idarələri tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Kənddə ikimərtəbəli, müasir standartlara cavab verən xəstəxana binası inşa edilib. Burada ambulatoriya, stomatologiya, terapiya və ginekologiya şöbələri fəaliyyət göstərir. İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu təmir edilib, 2 avtobus dayanacağı quraşdırılıb. Yolboyu səkilər yenilənib, müasir işıqlandırma sistemi qurulub. Kənddə çörək zavodu fəaliyyət göstərir. Zavodda quraşdırılan ən müasir avadanlıqlar istehsal prosesinin tam avtomatlaşdırılmış qaydada aparılmasına imkan verir. Uzunluğu 50, eni 35 metr olan sexdə gün ərzində bir ton çörək istehsal edilir.
Xəstəxanada 38, çörək zavodunda isə 35 işçi çalışır ki, bu da işsizliyin aradan qaldırılması istiqamətində yüksək nailiyyətdir.
Çıxış edən sakinlər köhnə və yeni su xətlərinin təmir edilməsinə, kənd kitabxanasında istilik sisteminin qurulmasına, İƏD-ə daxil olan Külüllü kəndinin mərkəzi küçələrinin asfaltlaşdırılmasına ehtiyac olduğunu dilə gətiriblər.
Hesabat məruzəsi qənaətbəxş hesab edilib.
Çinarə Bəhərçinli

Şərh Yaz