Hesabat razılıqla qarşılandı

Hesabat razılıqla qarşılandı
RİH başçısının Talıstan kənd İƏD-i üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilib. İclasda RİH başçısının müavini Sevil Əhmədova iştirak edib. Kənddəki müəssisələrin işçiləri və kənd əhalisinin xeyli hissəsi toplantıya qatılıb. Kənd İƏD-i üzrə nümayəndəsi Sihhət Şirəliyev 2013-cü ildə görülmüş işlər barədə hesabat verib. Hesabat dövründə görülmüş işlər, əldə olunmuş göstəricilər ürəkaçan olduğundan ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Xüsusilə keçən il böyük siyasi kompaniya – Prezident seçkiləri uğurla keçirilib. Kənd adamları bu kompaniyada fəallıqları ilə dövlətə və rəhbərə olan məhəbbət və sədaqətlərini bir daha sübut ediblər.

Hesabat ilində nümayəndəliklə Talıstan bələdiyyəsinin birgə, işgüzar fəaliyyəti, problemlərin aradan qaldırılmasında əl-ələ verərək çalışmaları yığıncaqda müsbət hal kimi qiymətləndirilib. İl ərzində vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılması, onların icrasına məsuliyyətlə yanaşılması, nümayəndəlikdə əmək və icra intizamının yüksək olması qeyd edilib.
Məruzə ətrafında çıxış edənlər qarşıda duran vəzifələrdən və problemlərdən söhbət açıblar. Belə ki, kəndin keçmiş mədəniyyət evi uçub dağıldığından hazırda yaradıcılıq evi müvəqqəti olaraq uşaq bağçasında yerləşdirilmişdir. Kəndi iki yerə bölən çayın üzərində körpü tikilməsinin vacibliyi, bu məqsəd üçün burada olan inşaat materiallarından istifadə edilməsi vurğulanıb. Kənddəki idarə və müssisələrə, o cümlədən məscidə qaz çəkilməsinə, kəndiçi asfaltın təzələnərək çayadək uzadılmasına, bəzi elektrik dirəklərinin təzələnməsinə ehtiyac olduğu diqqətə çatdırılıb. Kənd həkim məntəqəsinin tikilməsi, kəndə avtobus marşrutunun açılmasının vacibliyi diqqətə çatdırılıb.
İclasda çıxış edən RİH başçısının müavini Sevil Əhmədova qaldırılan məsələlərə münasibət bildirib, əlaqədar təşkilatların vasitəsi ilə problemlərin həll olunacağını söyləyib. O, həmçinin Talıstan kəndi üçün nəzərdə tutulan yeni sosial layihələr haqqında da məlumat verib.
İclas iştirakçıları rayon rəhbərliyini işlərini bundan sonra da dövlətin tələb etdiyi səviyyədə qurqcaqlarına əmin ediblər.
Nazir Qasımov,
İsmayıllı RİH başçısının Talıstan İƏD-i üzrə nümayəndəsinin müavini

Şərh Yaz