Şəhidin xatirə günü

Qalınçaq kənd sakinləri Şıxı Həsənov və Pambıq Həsənovanın varlıqları əməkdən yoğrulub, amalları qonum-qonşuya, kənd əhalisinə gərəkli olmaq, nümunəvi övladlar yetişdirmək, vətəni, vətəndaşı sevmək olub. Azərbaycan torpağını Qarabağ müharibəsi zamanı qızıl qanı ilə suvaranlardan biri də bu nümunəvi ailənin igid oğlu Elbrus Həsənov olub. O, candan əziz bildiyi Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub, minlərlə vətən övladları sırasında bu gün var olaq deyə, xalqımız yaşasın deyə Elbrus da həyatını yoxluğa təslim edib. 20 yaşında şəhid olub. Bu gün isə 40 yaşı tamam olacaqdı…

Rayon İcra Hakimiyyətinin əməkdaşları, QMƏVŞA ictimai birliyi rayon şöbəsinin sədri V.Zərbiyev, sədr müavini İ.Musayev, Qalınçaq kəndinin çoxsaylı nümayəndələri, şagirdlər və müəllimlər xatirə gününə toplaşmışdılar. Çıxışlar səmimi, mehriban idi, kövrək notlar üzərində qurulmuşdu. “Qırmızı bayraq” ordenli döyüşçü Taleh Nəcəfov da kədərlənənlərlə idi.
Qalınçaq məktəbi şəhidin ruhuna ehtiram olaraq əbədi-bədii kompozisiya hazırlamışdı. Uşaqlar incə və kövrək ruhlu şerlər dedilər. Sonra Elbrus Həsənovun məzarı ziyarət edildi, ruhuna dualar oxundu. Valideynlər evdə ehsan süfrəsi açmışdılar.
Şıxı kişi xəstəliyi ilə əlaqədar keçirilən mərasimdə iştirak edə bilməmişdi. Evdə idi. O, qonaqları mehribanlıqla qarşıladı. Yaşayışı üçün yaradılan şəraitə görə dövlətə, cənab Prezidentə minnətdarlıq etdi.
Şəhid anası Pambıq Həsənova xahişini eşidib məhəllələrinə su çəkənlərə təşəkkür etdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Valeh Salehov

Şərh Yaz