Şahmat turniri

06-08 fevral 2014-cü il tarixlərdə İsmayıllı Rayon Uşaq-Gənclər Şahmat Məktəbində rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilmiş rayonlararası şahmat turniri keçirilib.
Şahmat turniri
Şahmat turniri

06-08 fevral 2014-cü il tarixlərdə İsmayıllı Rayon Uşaq-Gənclər Şahmat Məktəbində rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilmiş rayonlararası şahmat turniri keçirilib.
Şahmat turniri
Turnirin açılış tədbirində çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova Vüqar Həşimovun xatirəsinə keçirilən yarışın önəmindən danışıb. Bildirib ki, gənc nəslin nümayəndələri onu unutmamalı, daim xatırlamalıdırlar.
RTŞ-nın müdiri Rasim Orucov, rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, ATİAHİ İsmayıllı RK-nin sədri Hafiz Kərimov çıxış edərək ölkə prezidenti İlham Əliyevin şahmata göstərdiyi diqqətdən danışıb.
İsmayıllı Şahmat Məktəbinin baş məşqçi müəllimi Ramil Cavadov Vüqar Həşimovun ömür yolu haqqında məlumat verib.
Şahmat turniri
Şahmatçının qazandığı uğurlardan bəhs edən film nümayiş etdirilib.
İsmayıllı Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin müdiri Nadir Hacıyev çıxış edərək qonaqları salamlayıb. Bildirib ki, turnirdə Qəbələ və Ağsu rayonlarından olan idmançılar da iştirak edir. Yarışın şərtləri haqqında ətraflı məlumat verib.
Turnirdə ümumilikdə 64 şahmatçı 3 qrupda mübarizə aparıb.
10 yaşadək oğlanlar arasında Elvin Rəhimli birinci, Rəvan Xalıqov ikinci, Rövşən Allahverdiyev üçüncü yeri tutub.
12-16 yaşadək olan oğlanlar arasında Şamil Fətəliyev birinci, Qəfər Bədəlov ikinci, Cəbrayıl Hüseynli üçüncü olub.
Qızlar arasında birinci yeri Səbirə Məmmədli, ikinci yeri Sevinc Xancanlı, üçüncü yeri Gülşən Allahverdiyeva qazanıb.
Qaliblər Şahmat Məktəbinin diplomları və Təhsil Şöbəsinin qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
Nadir Hacıyev,
İsmayıllı Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru

Şərh Yaz