Folklorçularımız fəaldırlar

Mollaisaqlı kəndi İsmayıllı rayonunun ən qədim yaşayış məntəqələrindən biridir. Rayon mərkəzindən cənub-qərbdə yerləşən bu kəndin ərazisini tarixçi alimlər Albaniya dövlətinin yerli yaşayış məskənlərindən hesab edirlər.

Mollaisaqlılar özlərinin milli-mədəni xüsusiyyətləri ilə seçilirlər.
Rayonumuzun görkəmli yazıçısı Manaf Süleymanov “Lahıc” etnoqrafik məlumat kitabında qədim Hacıhətəmli və Mollaisaqlı kəndləri haqqında ətraflı məlumat verib.
“Mollaisaqlı” folklor qrupu fərqli adlarla 1965-ci ildən fəaliyyət göstərir. Kənd tam orta məktəbinin yuxarı sinif şagirdlərindən ibarət qrup üzvləri vaxtaşırı keçirilən tədbirlərdə fəal iştirak edir, doğma dildə mahnılar oxuyur, rəqs nömrələri, maraqlı səhnəciklər göstərirlər.
Qrupun çıxışları etnik azlıqların milli xüsusiyyətlərini araşdıran müxtəlif telekanallar vasitəsi ilə yayımlanmışdır. Folklor qrupu rayonun əsaslı inkişafa istiqamət aldığı ərəfədə onun mədəni həyatında mövqeyini daha da yüksəltməyə çalışır.
E.Məsim

Şərh Yaz