Ömrünü təhsilə həsr etmiş insan

Deyirlər ki, hər kəsin taleyində müəllimin yeri var. Bu , həqiqətən belədir. Müəllimin əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini dərəndə sevindiyi kimi, müəllim də öz yetirmələrinin xoş sorağını alanda qəlbi sevincdən dağa dönür, bundan iftixar hissi keçirir. Yetirmələrinin uğurları müəllimlərimizə sanki yeni güc verir, onları daha həvəslə işləməyə sövq edir.
Ömrünü  təhsilə həsr etmiş insanÖmrünü təhsilə həsr etmiş insan
Deyirlər ki, hər kəsin taleyində müəllimin yeri var. Bu , həqiqətən belədir. Müəllimin əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini dərəndə sevindiyi kimi, müəllim də öz yetirmələrinin xoş sorağını alanda qəlbi sevincdən dağa dönür, bundan iftixar hissi keçirir. Yetirmələrinin uğurları müəllimlərimizə sanki yeni güc verir, onları daha həvəslə işləməyə sövq edir.
Ömrünü  təhsilə həsr etmiş insan
Müəllimimiz Firəngiz Bağırova da belələrindəndir. O, bizə həmişə ana qayğısı ilə yanaşır, hər birimizin əhvalı ilə maraqlanır, çətinliyə düşəndə köməyimizə çatır. Onu da qeyd edim ki, biz də bunun müqabilində yaxşı oxumağa çalışırıq. Sinfimiz isə məktəbdə intizamına və səliqə-sahmanına görə, məktəbdaxili tədbirlərdə fəalliğı ilə fərqlənir.
Müəllimimizin rəhbərliyi ilə tez-tez rayonumuzun tarixi abidələrinə ekskursiyalara gedir, digər maraqlı tədbirlər həyata keçiririk. Firəngiz müəllim bütün bunları bizim əsl vətənpərvər kimi böyüməyimiz üçün edir. Onun hər bir işi, hərəkəti şagirdlərin tərbiyəsinə nümunədir. Ondan öyrəndiklərimiz gələcək həyatımızda əlimizdən tutacağına əminik. Bütün şagird dostlarımla birlikdə ana əvəzi olan sinif rəhbərimizə möhkəm can sağlığı və uğurlar diləyirəm. Həmişə belə – şən və gümrah qalın, Firəngiz müəllim!
Toğrul Qasımov,
E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbinin IXa sinif şagirdi

Şərh Yaz