Mübariz döyüşçümüz Mübariz

7 fevral günü Xankəndi tam orta məktəbinin kollektivi yenə tədbirə toplanmışdı. Budəfəki tədbir xalqımızın yenilməz, igid oğullarından biri olan Mübariz İbrahimovun anım gününə həsr edilmişdi.
Tədbir Mübariz İbrahimovun ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Sonra şagirdlər şəhid üçün yaradılmış guşənin qarşısına gül dəstələri qoydular.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Rauf Adıgözəlov açdı. O, tarixi vərəqləyərək xalqımızın igid oğullarının keçdiyi keşməkeşli yollardan danışdı. Qeyd etdi ki, ordumuzun istər mənəvi, istərsə də maddi cəhətdən inkişaf etməsində prezident İlham Əliyevin siyasəti əsas amillərdəndir. Məhz onun səyi ilə ordumuz yeni silahla təchiz edilmiş, döyüş ruhu daha da yüksəldilmişdir.
Məktəb şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Gülsüm Şəfili, Aysel Mahmudzadə, Tamella Babaşzadə, Nərgiz Məsimova, Göyçək Mahmudzadə Mübariz İbrahimovun igidliyinə, nakam ölümünə həsr edilən şeirlər söylədilər. Məktəbin Uşaq Birliyi təşkilatı rəhbəri Günay Zöhrabova Milli Qəhrəmanın şücaətinə xalqın hörmətindən, dövlətin verdiyi qiymətdən söz açdı.
Tədbirin sonunda Mübariz İbrahimovun valideynlərinə yazdığı məktub oxundu.
“İsmayıllı xəbərləri”

Şərh Yaz