Yaddas kitabcasi

Yaşasaydı…

Qaraqaya kəndini şöhrətləndirən, tanıdan, bu yerin dağdan ağır kişiləri olub. El ağsaqqalı kimi tanıdığım, yerinə-yurduna bağlı belə kişilərdən biri ilə çoxdan görüşmək istəsəm də, bu görüş alınmırdı. Qələm sahibi kimi, bu vaxta qədər neçə-neçə vəzifə, sənət sahibi ilə görüşüb, söhbətləşsəm də, heç vaxt öz Allahına tapınan, sadə, təmizdən-təmiz, hamı yanında pak adam kimi tanınan belə bir həmsöhbətim olmamışdı.
Müsahibim, şəhid atası İsbat Mürsəl oğlu Abbasovdur. O, 1941-ci ildə rayonun Qaraqaya kəndində dünyaya göz açıb. Onunla bir yas yerində görüşdük, aralıdan salamlaşdıq. Yas yerindən çıxıb bir də hal-əhval tutduq, söhbətləşdik. Çox qəribə insandır İsbat dayı. Orta təhsilli olsa da, kamil, savadlı, məntiqli ziyalı təsiri bağışlayır. Üç oğulun, üç qızın atası, yeddi nəvənin babası əsl sinədəftərdir. Onu çoxdan tanıdığım üçün o qədər də sual-cavab etmədim.

Yaşasaydı...Yaşasaydı…

Yaşasaydı...
O, ədəbiyyatımızı, xüsusilə də klassiklərimizi, folklorumuzu əzbərdən bilir. Hərdən bir, yeri gələndə mahnılarımızı, muğamlarımızı da zümzümə edir. Bəlkə də bu bacarıqdan bəhrələnməyin nəticəsidir ki, oğlu İsmayıl rayonda, hətta respublikada istedadlı müğənni kimi tanınır. Muğam sənətinə bələd olanlardan biridir. O, bir çox müsabiqənin iştirakçısı və qalibi olmuşdur.
İsbat kişinin digər oğlu, Ramil Qaraqaya kənd məktəbində çalışır.
Qızları ailəlidir.
Söhbət zamanı İsbat kişi söylədi ki, Vətənimi də, torpağımı da, millətimi də ailəm, övladlarım qədər sevirəm. Balalarım da belədir. Elinə, obasına sadiqdirlər. Rayonumuzun inkişafına sevinirlər. Sevinirik ki, bu gün rayonumuza doğma torpağımızın, İsmayıllının yetirməsi, ziyalı insan Mirdaməd müəllim rəhbərlik edir.
Ağsaqqal kimi bir nisgilim var. O da Qarabağ dərdidir. Qarabağ müharibəsi xalqımıza fəlakət, ölüm, qan-qada gətirdi.
Söhbət əsasında qoltuq cibindən şəkil çıxarıb mənə göstərir:
– Oğlum Hikmətin son fotoşəklidir. Şəhid olmasaydı yanvarın 29-da 40 yaşı olacaqdı…
Şəkli alıb diqqətlə baxıram. Necə də məsud, xoşbəxt, dünyadan xəbərsizdir…
İsbat kişi fikirlərə daldığımı görüb yenə dinləndi:
– Qeyrətli oğulların şəhidliyi dərd yükü deyil. Onların ruhu doğma torpağın, ana südünün, ata qeyrətinin, övlad məhəbbətinin müqəddəsliyinə əbədi abidə, ürəklərə inam, qollara qüvvət, insanlara hörmət, həyata sevgidir. Ruhun kamillik zirvəsi, nəsillərin əbədi məhək daşı, tarixin itməz və silinməz yaddaşı, namus, qeyrət, vicdan, ərdir, oğuldur, atadır, övladdır, Vətəndir şəhidlər!!!
Yaşasaydı...
Düzünü deyim ki, bu müdrik kişinin vətənsevərliyinə, ürəyinin böyüklüyünə həsəd apardım:
– 20 yaşında oğul itirsəm də, qədim Azərbaycan torpağının igid oğullarının olması məndə qələbəyə inam oyadır. Torpaq – uğrunda ölən varsa, Vətəndir!- deyib şair. Odlar yurdu – Azərbaycan mərd oğulları ilə fəxr edə bilər ki, Hikmət kimi igid oğulları var.
Hikmət İsbat oğlu Abbasov haqqında “Əbədi yaşayanlar” kitabında xeyli məlumat verilib. Onun igidliyindən, kəşfiyyatçı kimi apardığı əməliyyatlardan söhbət açılıb.
Susub dayandığımı görən İsbat kişi yenə sükutu pozdu:
– Dövlətimizdən çox razıyam. Oğlumun xatirəsi əbədiləşdirilib. Oxuduğu kənd məktəbi indi onun adını daşıyır. Fürsətdən istifadə edib, əlaqədar təşkilatlara, yaxşı insanlara ailəmizin minnətdarlığını çatdırıram.
Vətənin azadlığı uğrunda şəhid olanlar ölməzlik qazanıb əbədiyyətə qovuşublar. Hikmət kimi, onlar müqəddəs əməllərində yaşayırlar.
Ruhunuz qarşısında baş əyirik. Allah sizə rəhmət eləsin
Hacıməmməd Məmmədov,
müəllim

Şərh Yaz