İlham Ocaqov anılıb

Yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, onların vətənə sədaqət və məhəbbət ruhunda böyüdülməsi işləri İsmayıllı rayonunda hər zaman diqqət mərkəzində saxlanılır. Şəhidlər unudulmur, xatirələri əziz tutulur.
Yanvar ayının 27-də İsmayıllı rayon Buynuz kənd tam orta məktəbində Qarabağ müharibəsində şəhid olan İlham Ocaqovun xatirəsi anılıb.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Xatirə mərasimini Buynuz kənd tam orta məktəbinin direktoru Müşfiq Yarəliyev açıq elan edərək şəhid İlham Ocaqovun uşaqlıq və məktəb illərindən danışıb.
Qeyd olunub ki, İlham Ocaqov 1964-cü ildə İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. İlk təhsilini öz kəndində alıb. 1979-cu ildə Buynuz 8 illik məktəbini, 1981-ci ildə İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbini bitirib. Təhsilini Ağdaş Rayon Kənd Təsərrüfatı Texnikumunda davam etdirib. 1993-cü ildə Bakıya köçən İlham Ocaqov, oradan könülü olaraq cəbhəyə yola düşüb. 1994-cü il yanvar ayının 24-də Ağdərə bölgəsində gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub.
Məktəblilər qəhrəmanlıq mövzusunda şeirlər söyləyib.
Rayon İcra Hakimiyyətinin məsul işçisi Valeh Salehov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İsmayıllı rayon şöbəsinin sədri Vidadi Zərbiyev, Buynuz kənd tam orta məktəbinin tarix müəllimi Akif Zülfüqarov çıxış edərək şəhid adının müqəddəsliyindən, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıblar.
Tədbirdən sonra məktəblilər, ictimaiyyət nümayəndələri, ailə üzvləri şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri qoyub, şəhidin ruhuna dualar oxuyublar.
Çinarə Bəhərçinli

Şərh Yaz