Şəhidlər ölməzdirlər

Gözü torpaqdan doymayan, həris, məkrli, qaniçən, heç vaxt torpağı, vətəni olmayan, başqalarının hesabına yaşayan qonşularımız zaman-zaman başımıza fəlakətlər gətiriblər. Şəhər və kəndlərimizi talan edib, odlara qalayıb, xalqımızı süngüdən keçirib, doğram-doğram ediblər. Gül qoxulu körpələrimiz oda qalanıblar. Hər dəfə də bir vasitə kimi, qəddarlıqla yalandan gülə-gülə pis adətlərini yerinə yetirib, qatil adı qazanıblar. Təqvimimizdə qara rəngə boyanmayan ayımız yoxdur. 20 yanvar – 1990-cı il faciəsi, 26 fevral – Xocalı soyqırımı, 31 mart- azərbaycanlıların soyqırımı, 2 fevral 1993-cü il Kəlbəcərin, 8 və 18 may 1992-ci il – Şuşa ilə Laçının, 17 iyun 1993-cü il – Ağdərənin, 23 iyul 1993-cü il – Ağdamın, 23 və 31 avqust 1993-cü il Füzuli, Cəbrayıl və Qubadlının, 18 sentyabr 1988-ci il Xankəndinin, 2 oktyabr 1992-ci il və 30 oktyabr 1993-cü il Xocavəndlə Zəngilanın süqutu…

Keçmiş tariximizi vərəqlədikcə ermənilərin vəhşiliklərini görürük. Tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı əzəldən rus-erməni praktik iş birliyinin nəticəsi olub. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlənməyi, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirməyi, bu tarixi torpaqlarda erməni dövləti qurmağa çalışıblar. 1813-cü ilin Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsi, Şimali Azərbaycan torpaqlarının erməniləşdirilməsi prosesini sürətlənməsi deməkdir. İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti” təşkil etmək, Azərbaycan torpaqlarında yaradılacaq gələcək Ermənistanın təməlini qoymaq demək idi. Bu proses minlərlə azərbaycanlının doğma torpaqlardan qovulması, qətlə yetirilməsi ilə müşayiət olunurdu və bu siyasət planlı şəkildə ruslar, ermənilər tərəfindən aparıldı. Azərbaycanın 70 illik sovet tarixi isə bizi gerçək tariximizdən uzaq saldı.
Ermənilərin azərbaycanlılara qarşı həyata keçirilmiş qətliam və etnik təmizləmə isə sovet dövründə də davam etdi. Ancaq bu proses qanun çərçivəsində aparıldı.
Təqribən 200 il bundan əvvəl ruslar və farslar İranda yaşayan erməniləri Qarabağa köçürüldü. Azərbaycanlılar onları öz evlərində, öz ellərində yerləşdirdilər. Xalqımızın heç xəyalına da gəlməzdi ki, bir müddətdən sonra ermənilər onları öz doğma torpaqlarından qovacaqlar. “Böyük Ermənistan” yaratmaq xülyasına düşmək istəyəcəklər. Nə bilərdilər ki, ermənilər Qarabağda yerlərini möhkəmləndirəcək sonra azərbaycanlıları öz doğma yurdlarından qovmaq niyyətinə əl atacaqlar. Ermənilər Ermənistan ərazisində yaşayan azərbaycanlıları öz doğma yurd-yuvasını tərk etməyə məcbur etdilər, Azərbaycan kəndlərinin isə adlarını dəyişdilər. 1988-ci ildə ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistanın tərkibinə daxil etmək qərarına gəldilər. Yüz minlərlə azərbaycanlını dədə-baba yurdlarından qovdular. Xalq dözmədi. Qəzəbləndi. Etiraz səsini ucaltdı.
1990-cı il yanvarın 19-da xalq hərəkatını boğmaq üçün Bakıya rus ordusunu yeritdilər.
Yanvarın 20-sinə keçən gecə yüzlərlə azərbaycanlını vəhşicəsinə qırdılar, yaraladılar, 1990-cı ilin 20 Yanvarı – Qanlı yanvar kimi yaddaşlarda yazıldı. Qana boyanmış küçələr, meydanlar qırmızı qərənfillərlə bəzədildi. Bakının Dağüstü parkı 1990-cı ilin yanvarında qara libas geydi.
Yanvarın 22-də parka doğru ucu-bucağı görünməyən nəhəng qəm karvanı gedirdi. Doğma Azərbaycanın azadlığı uğrunda mübarizəyə qalxan və qırmızı imperiya ordusu tərəfindən Qanlı Yanvar gecəsi (yanvarın 19-dan 20-ə keçən gecə) şəhid olan yüzdən artıq adamın cənazəsini Dağüstü parkda torpağa tapşırdılar. Onların arasında qoca da, cavan da, kişi də, qadın da, uşaq da, qaçqın da var idi. Kim inana bilərdi ki, fəxr elədiyimiz ordu öz tankları ilə qəfildən küçələri, çiçəkli xiyabanları şumlayacaq, dinc əhalini, yaşayış binalarını atəşə tutacaq?
O gün bütün şəhər elə bil gül yağışına düşmüşdü. Küçələr, səkilər, hasarlar, pilləkənlər qırmızı qərənfillə örtülmüşdü.
Hər yan qan ağlayırdı. Hamı günahsız şəhidlərə göz yaşı axıdırdı. Onların günahı təkcə öz torpaqlarını sevməkləri idi. Dağüstü park isə Şəhidlər xiyabanı, xalqımızın müqəddəs and yeri, qürur yeri oldu. Xalqımız bu qanlı faciəni, bu qəhrəmanların adlarını heç vaxt unutmayacaqdır.
Ana vətənin, doğma, müqəddəs Odlar yurdunun şərəfi, qeyrəti, namusu yolunda canlarını qurban verənlərə əbədi eşq olsun!
Şəhidlik zirvəsinə ucalan şəhidlər ölməzdirlər!
Surə Cəbrayılova,
Talıstan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi

Şərh Yaz