Həsrət qaldığımız Vətən torpağına qanı axan şəhidimiz

Fevral ayının 7-də İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) xidmət və uşaq şöbələrinin eləcə də İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə xalqımızın vətənpərvər oğlu, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibəti ilə tədbir keçirilib.
Həsrət qaldığımız Vətən torpağına qanı axan şəhidimizHəsrət qaldığımız Vətən torpağına qanı axan şəhidimiz

MKS-in oxuculara xidmət şöbəsinin müdiri Səbirə Seyidova Mübariz İbrahimovun torpaqlarımızın bütövlüyü uğrunda göstərdiyi misilsiz şücaətindən danışıb. Bildirib ki, Mübariz neçə illərdən sonra həsrət qaldığımız Vətən torpağına qanı axan şəhidimizdir.
Kitabxananın daimi oxucuları olan məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, səhnəcik göstəriblər.
MKS-in direktoru Ələddin Ələkbərov, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov, İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin direktoru Təhmuraz Bayramov, Mərkəzin direktor müavini Könül Baxışova Mübariz İbrahimovun həyat yolundan, göstərdiyi igidliklərdən söhbət açıblar.
Ç.Bəhərçinli

Şərh Yaz