Yaddas kitabcasi

Azərbaycan vətənpərvərlər diyarıdır

Bu fikirlər 30 yanvar 2013-cü il tarixdə YAP İsmayıllı rayon təşkilatının Gənclər günü münasibətilə İsmayıllı Peşə Tədrisi Mərkəzi ilk təşkilatında keçirdiyi dəyirmi masada səslənib.
Azərbaycan vətənpərvərlər diyarıdırAzərbaycan vətənpərvərlər diyarıdır

Bu fikirlər 30 yanvar 2013-cü il tarixdə YAP İsmayıllı rayon təşkilatının Gənclər günü münasibətilə İsmayıllı Peşə Tədrisi Mərkəzi ilk təşkilatında keçirdiyi dəyirmi masada səslənib.
Tədbiri giriş sözü ilə açan Peşə Tədrisi Mərkəzinin direktoru Zaur Muradov qeyd edib ki, ölkəmizdə gənclər siyasəti ilə bağlı çox mühüm işlər görülür. İstedadlı yaradıcı gənclərin aşkar edilməsi, gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, gənclərin sosial inkişafının təmin edilməsi, onların ictimai həyatda fəal iştirakı üçün hər cür şərait yaradılır. Vətənpərvərlik tərbiyəsi və digər istiqamətlər üzrə ənənə halını almış bir çox maraqlı layihələr həyata keçirilir. Ölkə başçısı cənab İlham Əliyevin alternativsiz, məqsədyönlü siyasəti nəticəsində bu gün gənclərimiz öz inkişaf dövrünü yaşayır. Güclü, düşünülmüş, gələcəyə hesablanmış siyasət nəticəsində gənclərin asudə vaxtlarının təşkili, onların pis vərdişlərdən uzaqlaşdırılması, bəzi istedadlı gənclərin dünyanın aparıcı universitetlərində təhsil alması üçün böyük layihələr həyata keçirilir. Müsair informasiya texnologiyalarından səmərəli istifadənin təşkili nəticəsində, Azərbaycan gəncliyi müasir dünyada gedən informasiya savaşında mənfur düşmənlərimizi üstələyirlər.
Azərbaycan vətənpərvərlər diyarıdır
Daha sonra çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd etdi ki, bu gün ulu öndərimiz Heydər Əliyev ideyalarından bəhrələnən Azərbaycan gəncliyi hörmətli Prezidentimiz İlham Əliyevin ətrafında bir yumruq tək birləşərək gələcəyə inamla addımlayır. Azərbaycan gəncliyi bütün dünyaya, ölkəmizə qarşı qərəzli mövqe tutmuş beynəlxalq təşkilatlara öz vətənpərvərliyini, mübarizliyini qazandığı nailiyyətlərlə, əldə etdiyi uğurlarla bir daha sübut edir. Bu günkü gənclər üçün Babəkin, Şah İsmayıl Xətainin, Mübariz İbrahimovun qəhrəmanlığı, vətənsevərliyi örnək olmalıdır.
Ə.Vahabova nitqinin sonunda tədbir iştirakçılarını Gənclər günü münasibətilə təbrik edib, onlara güclü Azərbaycan naminə fəaliyyətlərində yeni-yeni uğurlar diləyib.
Tədbirdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının veteran üzvləri Cümşüd Hacıyev, Yaşar Nuriyev, Nadir Hacıyev, Hafiz Kərimov ölkəmizdə sağlam gəncliyin yetişdirilməsi Azərbaycan dövlətinin apardığı siyasətin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd ediblər. Onlar tədbirdə iştirak edən gəncləri bayram münasibəti ilə təbrik ediblər.
Sonda bir qrup gəncə YAP üzvlüyünə qəbul vəsiqəsi verilib.
Ramid Qasımov,
YAP İsmayıllı ayon təşkilatı mətbuat xidmətinin rəhbəri

Şərh Yaz