Qalib layihə

Fevral ayının 6-da Heydər Əliyev Mərkəzində “Ucqar kənd müəllimlərinin sosial servislərdən tədris prosesində aktivliyinin artırılması” layihəsinin təqdimatı olub.
Qalib layihə
Qalib layihə

Fevral ayının 6-da Heydər Əliyev Mərkəzində “Ucqar kənd müəllimlərinin sosial servislərdən tədris prosesində aktivliyinin artırılması” layihəsinin təqdimatı olub.
Layihə rəhbəri Surə Mehdiyeva çıxış edərək layihə haqqında ətraflı məlumat verib. O bildirib ki, bu məsələdə əsas məqsəd İsmayıllı rayonunda ucqar kəndlərdə çalışan müəllimlərin istər yerli, istərsə də beynəlxalq layihələrdə iştirakını artırmaqdır.
Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Ramil Süleymanov çıxış edərək layihənin önəmindən danışıb. Natiq bildirib ki, İsmayıllı müəllimləri layihələrdə fəal iştirak etmələri ilə seçilirlər.
Qalib layihə
İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Şəfaqət Rəsulov və digər çıxış edənlər müəllimlərin qazandığı uğurlardan danışıblar. Qeyd ediblər ki, ucqar kəndlərdə yaşayan müəllimlər müasir texnologiyalardan istifadədə çətinlik çəkirlər. Onların bacarıqlarının, İKT biliklərinin artırılmasına ehtiyac vardır.
Layihə çərçivəsində dəyirmi masalar təşkil ediləcək, kitabçalar hazırlanacaq, praktiki görüş və seminarlar keçiriləcək. Ən yaxşı bloq və internet resurs müsabiqəsinin qaliblərinə diplom və hədiyyələr veriləcək. 6 ay ərzində ucqar kənd müəllimlərinə təlimlər keçiriləcək. Bunun nəticəsində 300 müəllim müasir texnologiyalardan səmərəli istifadə edərək layihələrdə iştirak edə bilmək imkanı əldə edəcək.
Çinarə Bəhərçinli

Şərh Yaz