Gənclərə diqqət

Gənclərə diqqət
Gənclərə diqqət

İsmayıllıda gənclərə böyük diqqət və qayğı göstərilir. Gənclərin problemləri dinlənilir, rəy və təkliflərinə xüsusi önəm verilir. Bunu gənclərlə keçirilən mütəmadi görüşlər də sübut edir. Yanvar ayının 23-də “Rayon gənclərinin rayonun sosial-iqtisadi inkişafının perspektiv layihələrinin müzakirəsinə həsr olunmuş toplantısı” keçirilib.

Tədbirdə çıxış edən RİH başçısı Mirdaməd Sadıqov ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışıb. Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatları vurğulayaraq, ölkədə bütün sahələrdə əldə olunan nailiyyətlərin gənclərdən də yan keçmədiyini deyib. İcra başçısı rayonda işgüzar mühitin yaradılmasında gəncləri fəal olmağa səsləyib.
Millət vəkili Novruzəli Aslanov prezident İlham Əliyevin gəncliyin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamların əhəmiyyətini qeyd edib.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Rəsul Balayev, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, İsmayıllı Psixologiya Mərkəzinin direktoru Firuzə Çiçək, şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Surə Mehdiyeva çıxış edərək gənclərə göstərilən diqqətdən, rayonun sosial-iqtisadi inkişafında gənclərin rolundan danışıblar.
Bildirilib ki, görüşün əsas məqsədi rayon gənclərinin problemlərinin öyrənilməsi, həyata keçirilən tədbirlərdə onların fəal olmalarına şərait yaratmaqdır.
Gənclər rayonda görmək istədikləri yeni layihələrlə bağlı təkliflərini veriblər. Tədbirdə slayd vasitəsi ilə gələcəkdə inşa ediləcək kollec binasının, velosiped zavodunun, eləcə də bir sıra küçə və parkların layihələri nümayiş etdirilib.
(Tədbirlə bağlı ətraflı məlumatı növbəti sayımızda oxuya bilərsiniz).
“İsmayıllı xəbərləri”

Şərh Yaz