İngilis dili kursu başa çatdı

İngilis dili kursu başa çatdıİngilis dili kursu başa çatdı
İsmayıllı rayonunda hər sahədə nəzərə çarpacaq dərəcədə canlanma vardır. Aparılan quruculuq, abadlıq işləri, yeni iş yerlərinin açılması, təhsilə ayrılan diqqəti buna misal göstərmək olar.
Rayonun gənclərinə potensiallarını nümayiş etdirmək üçün yaradılan şərait də göz qabağındadır. Gənclərin iştirakı ilə yaranan birlik və qruplar bunun bariz nümunəsidir.

Ötən ilin iyul ayının 21-də ingilis dili öyrənmək istəyən fəal gənclərimiz üçün yaradılan qrupa Bakı şəhərindən mütəxəssis dəvət olunmuşdu. Bacarıqlı müəllim Rəşad Paşazadənin rəhbərliyi ilə keçirilən təlimlərdə seçim turunu müvəffəqiyyətlə keçən gənclər yanvar ayının 21-də son məşğələdə iştirak ediblər.
Yanvarın 18-də kursun işi ilə maraqlanan İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ingilis dili öyrənən müdavimlərlə görüşüb, onlara rayonun inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi işində fəal olmalarını tövsiyə edib. RİH başçısı işgüzar gənclərə hər zaman dəstək olacağını bildirib.
Başçı kursu bitirən gənclərin müvafiq iş yerləri ilə təmin olunacağını vurğulayıb.
Öz növbələrində gənclər onlara göstərilən xüsusi qayğı və diqqətə görə Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə və İcra başçısına təşəkkürlərini bildiriblər.
Gənclər görüşün sonunda xatirə şəkli çəkdiriblər.
Tərlan Mursalov

Şərh Yaz