Yaddas kitabcasi

Yeni düşüncə tərzi

Yeni düşüncə tərzi
Yeni düşüncə tərzi

“Tarixə daha çox kişilərin adı düşsə də, dünyanı qadınlar idarə edir”. Bu fikir zaman-zaman öz dəqiqliyini sübut edib. Azərbaycan tarixinə nəzər saldıqda bu açıq-aydın görünür. Bizim qadınlarımız öz mərdliyi, ağlı ilə kişilərimizdən heç də geri qalmayıb. Onların arasında diplomat, sərkərdə, döyüşçü olanlar da olub. Şərq ölkələri arasında ilk dəfə qadınlara seçki hüququ da məhz ölkəmizdə verilib.
Yeni düşüncə tərzi
Rayonumuzda da son dövrlər qadınların düşüncələrinə önəm verilir, onlar üçün iş yerləri açılır, müxtəlif yerlərdə işləyən xanımların fikirlərini öyrənmək üçün toplantılar təşkil edilir. Belə toplantılardan biri də yanvar ayının 18-də olub.
“Yeni yaşayış tərzinə sahib olmaq üçün, mütləq yeni düşüncə tərzi formalaşdırmaq lazımdır”. Bu sözləri “Yeni yaşayış tərzi və işgüzar mühitin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov səsləndirib. Konfransda çıxış edən icra başçısı ölkəmizin ictimai-siyasi və sosial həyatında qadınların rolundan danışıb. Azərbaycan xanımının digər ölkələrin xanımları ilə müqayisə olunmayacaq dərəcədə yüksək statusa malik olduğunu söyləyib.
İcra başçısının müavini Sevil Əhmədova rayonun ictimai-siyasi həyatında son zamanlar qadınların rolunun daha da yüksəlməsi və möhkəmlənməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan qadınına nümunə olacaq gördüyü işlərin təsirinin böyük olduğunu diqqətə çatdırıb.
Bütün bunlarla yanaşı çıxış edənlər tərəfindən İsmayıllıda qadınların istirahəti üçün lazımi şəraitin olmaması da qeyd edilib. Rayonda analar və uşaqlar üçün çay evi, istirahət mərkəzinin yaradılması təklifləri verilib. Qadınların çoxunun səhiyyə ocaqları və məktəblərdə işlədiyi deyilib. Onların idarəetmə və digər sahələrdə də işləməyinin vacibliyi vurğulanıb.
Konfransda qızların erkən nikaha cəlb olunmaları, qadınların digər zorakılıq halları ilə üzləşmələrinin qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılmasının vacibliyindən də söz açılıb.
Çinarə Bəhərçinli

Şərh Yaz