20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər

20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər
İsmayıllı rayon Gənclər və İdman idarəsi 20 Yanvar faciəsinin 24-cü ildönümünün qeyd olunması ilə əlaqədar xüsusi tədbirlər planı hazırlamış və nəzərdə tutulanları ardıcıl olaraq həyata keçirmişdir.
16 yanvar 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində dama yarışı keçirilmiş, rayon Mədəniyyət və Turizm Şöbəsi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, Peşə Tədris Mərkəzinin gəncləri daha fəal iştirak etmişlər. Rayon Mədəniyyət və Turizm Şöbəsindən olan iki iştirakçı birinci və ikinci yeri tutmuşdur. Kollecin tələbəsi üçüncü yerlə kifayətlənmişdir.
20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər
17 yanvar 2014-cü il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi, rayon Təhsil Şöbəsi və rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birgə inşa yazı və rəsm müsabiqəsi keçirmişdir. Bu müsabiqədə iştirakçılar həmişəkindən daha çox və daha mütəşəkkil olmuşlar. Şagirdlərin inşa yazılarında əks olunmuş düşüncələri onu göstərdi ki, müəllimlər 20 Yanvar faciəsinin mahiyyətini, baş vermə səbəblərini məktəbli gənclərə doğru-düzgün mənimsətmişlər. 20 Yanvar dərslərindən vətənpərvərlik tərbiyəsində bacarıqla istifadə etmişlər.
18 yanvar 2014-cü il tarixdə İsmayıllı Olimpiya-İdman Kompleksində cüdo üzrə yarış keçirilmişdir. Yarış və müsabiqələrdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi ilə yanaşı aidiyyəti strukturların iştirak etməsi nəticələrin həmişəkindən yüksək olmasına imkan vermişdir. Bu sırada Heydər Əliyev Mərkəzinin, rayon Təhsil Şöbəsinin, rayon Mədəniyyət və Turizm Şöbəsinin, İsmayıllı Olimpiya-İdman Kompleksinin dəstəyi əhəmiyyətli yer tutur.
Müsabiqə və yarışlarda qalib gələnlər İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlara və qiymətli hədiyyələrə layiq görülmüşlər. İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin hər bir tədbiri ona görə kütləvi xarakter alır, hər addımı ona görə yüksək nəticə verir ki, rayon İcra Hakimiyyətinin başçısı gənclərə xüsusi qayğıkeşliklə yanaşır, hər sahədə dəstəyini göstərir. Çalışacağıq ki, Dövlətin Gənclər və İdman Siyasətinin həyata keçirilməsində bu qayğıya layiq nəticələrə çataq.
Bəhruz Səfərəliyev,
Rayon Gənclər və İdman idarəsinin rəis müavini

Şərh Yaz