Yaddas kitabcasi

Milli istiqlaliyyətimizin qəhrəmanlıq səhifəsi

Milli istiqlaliyyətimizin  qəhrəmanlıq səhifəsi
Yanvar ayının 17-də Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı Cülyan ərazi ilk partiya təşkilatında “20 Yanvar xalqımızın qan yaddaşı – milli istiqlaliyyətimizin və azadlığımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda dəyirmi masa keçirmişdir. Tədbiri giriş sözü ilə YAP Cülyan ərazi ilk partiya təşkilatının sədri Eyvaz Mursalov açıb.

O, 1990-cı ilin 20 Yanvar hadisələrindən, hadisələrinin səbəbləri və Azərbaycan xalqının bu tarixi gecədə göstərdiyi böyük qəhrəmanlıqlar haqqında danışıb.
Tədbirdə iştirak və çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova 20 yanvar faciəsini müstəqillik tariximizin şanlı səhifəsi adlandırıb. Ötən 24 ildə ölkənin inkişafından, ulu öndər Heydər Əliyev siyasətinin təntənəsindən, Prezident İlham Əliyevin ölkəyə inamla rəhbərlik etməsindən söz açıb.
Daha sonra çıxış edən Cülyan kənd tam orta məktəbinin direktor müavini İxtiyar Şabanov Qanlı Yanvar gecəsində Sovet qoşunlarının Bakıya qanunsuz yeridilməsi nəticəsində xalqımıza vurulmuş maddi və mənəvi ziyan barədə fikirlərini söyləyib.
Tədbirin sonunda məktəblilərin ifasında 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər səsləndirilib və kompozisiyalar nümayiş etdirilib.
İ.Əhmədzadə

Şərh Yaz