Yaddas kitabcasi

Şəhidlər anıldı

Şəhidlər anıldı
Şəhidlər anıldı

20 yanvar 1990-cı il Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qanla yazılmış şanlı bir tarixdir. Bugünkü müstəqil Azərbaycanın azadlıq carçısı olan şəhidlərimizin qanı ilə yazıldı həmin şanlı tarix.
20 yanvar 1990-cı il tarixin ən təzadlı günlərindən biridir. Bu gün həm müsibətlərimizin, həm də milli iftixarımızın əbədiyyət qazandığı bir gündür. Qanlı Yanvarın Şanlı Yanvara dönən günüdür, əsarət boyunduruğunun hürriyyət bayrağı ilə əvəz olunduğu gündür.

Şəhidlər anıldı
Bu gün BMT-nin iqamətgahı qarşısında dalğalanan üçrəngli bayrağımıza görə şəhidlərimizə borcluyuq.
20 yanvar günü respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da hər il mütəşəkkil qaydada qeyd olunur. Bu il əvvəlki illərdən fərqli olaraq, 20 Yanvarın 24-cü ildönümü İsmayıllı ictimaiyyəti tərəfindən geniş şəkildə qeyd olundu.
Şəhidlər xiyabanındakı şəhid məzarları ziyarət olunduqdan sonra RİH-in təşkilatçılığı və rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun iştirakı ilə İsmayıllı Peşə Tədris Mərkəzində şəhid ailələri və müharibə veteranları, əlilləri üçün ehsan süfrəsi açıldı.
20 Yanvar faciəsində şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Şəhidlərin ruhuna dualar oxundu.
Kamil Dadaşov

Şərh Yaz