Yaddas kitabcasi

Xalqımızın qəhrəmanlıq salnaməsi

Xalqımızın qəhrəmanlıq salnaməsi
Xalqımızın qəhrəmanlıq salnaməsi

Yanvar ayının 17-də İsmayıllı rayonunda 20 Yanvar ümumxalq hüzn günü münasibəti ilə tədbir keçirilib. Tədbirdən öncə Heydər Əliyev Mərkəzində “20 Yanvar – xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı, “20 yanvar – erməni vəhşiliyi” mövzusunda rəsm, və “Vətən mənə oğul desə, nə dərdim” mövzusunda şeir müsabiqəsi təşkil edilib.

Tədbirin rəsmi hissəsində film nümayiş etdirilib. İsmayıllı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramiz Baloğlanov həmin illərdə baş verən hadisələr haqqında danışıb. 1980-ci illərin axırlarında keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz yenidənqurma siyasəti, milli siyasət sahəsində buraxılan kobud səhvlərin bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb olduğunu vurğulayıb.
Hafiz Kərimov həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insanın qətlə yetirildiyi, 700-dən artıq vətəndaşın yaralandığı, həlak olanların arasında 4 milis işçisi, 1 həkim, 1 aspirant, 3 elmlər doktoru olduğu haqda məlumatları gənc nəslin diqqətinə çatdırıb.
Çıxışçılar o zaman Moskvada yaşayan ümummilli lider Heydər Əliyevin heç bir təhlükəyə baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsindən, mətbuat konfransı keçirməsi və Kommunist Partiyası sıralarından çıxmasından danışıblar.
Şeir və rəsm müsabiqəsində qalib gəlmiş uşaqlara diplom və hədiyyələr verilib.
Tədbirin sonunda 6 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Çinarə Bəhərçinli

Şərh Yaz