Yaddas kitabcasi

İl uğurlu olub

Yanvar ayının 16-da İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Qurbanəfəndi İƏD-i üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib. Yığıncaqda İcra başçısının müavini Sevil Əhmədova iştirak edib. İcra başçısının Qurbanəfəndi İƏD-i üzrə nümayəndəsi Cavad Qarayev hesabat məruzəsi ilə çıxış edib. 2013-cü ildə görülən işlər haqqında ətraflı məlumat verib. Növbəti ildə qarşıda duran vəzifələrdən danışıb.

Kənd sakini Ramiz Səfərov kənd bələdiyyəsinin perspektiv inkişafı üçün torpaq fondunun olmamasına görə gənc ailələrin həyətyanı torpaq sahəsi ala bilmədiyini deyib. Odur ki, dövlət mülkiyyətinə məxsus mal-qara düşərgəsi adlanan 28 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilməsini, mümkün olmazsa başqa yerlərdən torpaq fondunun ayrılmasına köməklik göstərilməsini xahiş edib.
Digər çıxışçılar kənddə müasir standartlara cavab verən məktəb binasının, tibb məntəqəsinin tikilməsinə, eləcə də qaz verilişinin bərpa edilməsinə ehtiyac olduğunu bildiriblər. Sakinlər 2013-cü ildə görülən işlərdən razılıqlarını bildiriblər.
RİH başçısının müavini Sevil Əhmədova arxada qalan ilin ölkəmiz üçün uğurlu olduğunu deyib. Bildirib ki, Mirdaməd Sadıqov icra başçısı təyin edildikdən sonra rayonumuz daha da inkişaf edib. Yığıncaq iştirakçıları hesabatı qənaətbəxş hesab ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz