Məktəbimizin zərif qəhrəmanı

Məktəbimizin zərif qəhrəmanı
Yaşının az olmasına baxmayaraq, məktəbimiz özünün uğurları ilə rayon ümumtəhsil məktəbləri arasında ön sıralarda durur. 9 illik fəaliyyəti müddətində məktəbimiz bir çox uğurlar əldə etmişdir. Qəbul imtahanlarında 600-dən yüksək bal toplayan şagirdlərimiz, olimpiadalarda, rayon və respublika üzrə keçirilən müsabiqələrdə əldə etdiyimiz uğurlarda məktəb kollektivinin, valideyn və şagirdlərin əməyi danılmazdır. Yəqin etdiyiniz kimi, bütün bu uğurlar İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbə aiddir. Böyük fəxr hissi ilə qeyd edirəm ki, nailiyyətlərimizdən ən böyüyü məktəbimizin zərif qəhrəmanı Vüsalə Dəmirovanın adı ilə bağlıdır. Məktəbimizin XI sinif şagirdi Vüsalə Dəmirova idmanın cüdo növü üzrə keçirilən yarışlarda respublika və xarici ölkələrin idman arenalarında Azərbaycan bayrağını yüksəltmiş, himnimizi səsləndirmişdir. Vüsalə tatami üzərində debüt çıxışını 2003-cü il mart ayının 15-də keçirmiş, ilk uğuru isə 2004-cü ildə cüdo üzrə Bakı çempionatında tutduğu birinci yer olmuşdur. Məktəbimizin zərif qəhrəmanı

Yaşının az olmasına baxmayaraq, məktəbimiz özünün uğurları ilə rayon ümumtəhsil məktəbləri arasında ön sıralarda durur. 9 illik fəaliyyəti müddətində məktəbimiz bir çox uğurlar əldə etmişdir. Qəbul imtahanlarında 600-dən yüksək bal toplayan şagirdlərimiz, olimpiadalarda, rayon və respublika üzrə keçirilən müsabiqələrdə əldə etdiyimiz uğurlarda məktəb kollektivinin, valideyn və şagirdlərin əməyi danılmazdır. Yəqin etdiyiniz kimi, bütün bu uğurlar İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbə aiddir. Böyük fəxr hissi ilə qeyd edirəm ki, nailiyyətlərimizdən ən böyüyü məktəbimizin zərif qəhrəmanı Vüsalə Dəmirovanın adı ilə bağlıdır. Məktəbimizin XI sinif şagirdi Vüsalə Dəmirova idmanın cüdo növü üzrə keçirilən yarışlarda respublika və xarici ölkələrin idman arenalarında Azərbaycan bayrağını yüksəltmiş, himnimizi səsləndirmişdir. Vüsalə tatami üzərində debüt çıxışını 2003-cü il mart ayının 15-də keçirmiş, ilk uğuru isə 2004-cü ildə cüdo üzrə Bakı çempionatında tutduğu birinci yer olmuşdur.
Məktəbimizin zərif qəhrəmanı
Dəfələrlə Respublika və Bakı birinciliklərinin qalibi olan Vüsalə Dəmirova –2012-ci ildə Türkiyədə keçirilən Karasu 3. İpsiz Recep Uluslararasi Judo Turnuvasi çərçivəsində keçirilən 52 kiloqramlıq çəki dərəcəsində birinci yerə layiq görülmüşdür.
2013-cü ildə yenidən Karasu 4. İpsiz Recep Uluslararasi Judo Turnuvasi 48 kiloqramlıq çəki dərəcəsində yenidən birincilik qazanmışdır. 2013-cü ilin son ayında Vüsalənin diplomlarının sayı artdı. Belə ki, dekabr ayının 6-da yeniyetmələr arasında keçirilmiş Azərbaycan birinciliyinin qalibi oldu. Bütün bu uğurların qazanılmasında adlı-sanlı idman müəllimi, məşqçi Əkbər Şəfaqətovla bərabər, bütün ümidlərini qızına bağlamış ananın böyük əməyini vurğulamamaq olmaz. Atalarımız yaxşı demişdir : “Aslanın erkəyi dişisi olmaz”.
İnanırıq ki, Vüsalə öz qələbələri ilə hər zaman bizi sevindirəcəkdir. Yaşının az olmasına baxmayaraq, qazandığı uğurları ilə nəinki məktəbimizin hətta rayonumuzun fəxridir.
Sorağın yüksəklərdən gəlsin, qadın xoşbəxtliyi nəsibin olsun.
Nərgiz Cərullayeva,
şəhər 5 nömrəli tam orta məktəbinin Uşaq Təşkilatı Birliyinin rəhbəri

Şərh Yaz