Futbol turniri

Futbol turniri
14 yanvar 2014-cü il tarixdə İsmayıllı rayon Olimpiya-İdman Kompleksində AFFA-nın təşkilatçılığı və “Coca-Cola” şirkətinin sponsorluğu ilə rayonun ümumtəhsil məktəblərinin VII-ci sinif şagirdləri arasında keçiriləcək futbol yarışının açılışı olub.

Açılışda AFFA-nın nümayəndəsi Əzizə İmanova, RİH-in nümayəndəsi Rövşən Yəhyayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və rayonumuzu təmsil edən futbol komandasının məşqçisi Tərlan Vahidov çıxış edib.
Turnirin ilk günündə şəhər 3 və 5, Hacıhətəmli və İvanovka tam orta məktəblərinin komandaları yarışıb.
Turnirdə rayonun 17 komandası iştirak edir. Komandalar dörd qrupda yarımfinala çıxmaq uğrunda yarışacaqlar. Hər qrupun qalibi yarımfinalda oynamaq hüququ qazanıb. Artıq bu dördlük məlumdur. Bunlar “Hacıhətəmli”, “Mollaisaqlı”, “Şəhər 1 nömrəli” və “Qubaxəlilli” komandalarıdır. Onlar finala çıxmaq üçün görüşəcəklər.
Sonda I və II yerləri tutan komandalar mükafatlandırılacaq. Ən güclü komanda respublika birinciliyi uğrunda gedən yarışa vəsiqə qazanacaq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz