Yaddas kitabcasi

Şəhid nəğməsi

Mən şəhidəm, dünyaya
kölə kimi gəlmədim,
Hamı kimi doğuldum,
Hamı kimi ölmədim,
Mən şəhidəm, qanımı
Çilədim bayrağıma,
Azadlığın nurunu
Ələdim torpağıma.
Mən şəhidəm, zaman da
Baş əyir qabağımda,

Şəhid nəğməsi

“Vətən” kəlməsi qaldı
Ölərkən dodağımda.
Vətəndə azad ötən
Yellər mənim səsimdir,
Məzarıma qoyulan
Cüt qərənfil, bəsimdir.

Vətən, mənə oğul demə
Vətən mənə oğul desə, nə dərdim?

(M. Araz)
Gücü-qüvvəm yaşındadır,
Torpağında, daşındadır,
Tacım özgə başındadır,
Vətən, mənə oğul demə!

Dünya durub qılığımda,
Od püskürmür varlığımda,
Bir məna yox sağlığımda,
Vətən, mənə oğul demə!

Qaytarmasam torpağını,
Qaldırmasam bayrağını,
Güldürməsəm növrağını,
Vətən, mənə oğul demə!

Ətəyindən tökmə daşı
(Öz yurdundan ayrılanda qaçaqaç vaxtı bir şey götürməyə macalı olmayan və əyilib yerdən bir ovuc xırda daş götürən qaçqına )
Dünyanın gözü kordursa,
Bizə qurduğu tordursa,
Külün altında qordursa,
Ətəyindən tökmə daşı.

Məqsədə çatmağa saxla,
Şeytana atmağa saxla,
Od-ocaq çatmağa saxla,
Ətəyindən tökmə daşı.

Bir quru vəddən asılar,
Düşmən önündə qısılar,
Arxayın igid basılar,
Ətəyindən tökmə daşı.

Dərdlərini çəkən başdır,
Gözlərindən axan yaşdır,
Bu daş sənə dəyən daşdır,
Ətəyindən tökmə daşı.

Hələ çəkilməyib duman,
Hələ xoş günə var güman.
Gəlməsə Sahib-Əz- Zaman,
Ətəyindən tökmə daşı.
Südabə Şeyda (Abdurzaqova),
İsmayıllı şəhər E.Məmmədov adına 3 saylı tam orta məktəbin ibtidai sinif müəllimi

Şərh Yaz