Həmyerlimizə dəstək olaq

Həmyerlimizə dəstək olaq

“Lider” telekanalında yayımlanacaq “Milli səs” yarışmasında rayonumuzun təmsilçisi də iştirak edəcək. Bu iştirakçı hamımızın tanıdığı və sevdiyi müğənni Qalib Güləliyevdir. Həmyerlimizə dəstək olaq

“Lider” telekanalında yayımlanacaq “Milli səs” yarışmasında rayonumuzun təmsilçisi də iştirak edəcək. Bu iştirakçı hamımızın tanıdığı və sevdiyi müğənni Qalib Güləliyevdir.

İfaçının “İsmayıllı xəbərləri” qəzetinin redaksiyasına verdiyi məlumata görə, artıq seçim turunu keçib. Yarışmaya yanvar ayının 23-də start verilib. Növbəti yarış yanvar ayının 28-də olacaq.
Həmyerlimizə dəstək olaq Həmyerlimizə dəstək olaq
Həmyerlimiz deyir:
– “Lider” telekanalında yayımlanacaq “Milli səs” yarışmasında rayonumuzu təmsil edəcəyəm. Bildiyiniz kimi, bu yarışmada qalibləri SMS müəyyənləşdirir. Odur ki, həmyerlilərimizdən bu yarışmada mənə dəstək olmalarını xahiş edirəm.

Həmyerlimizə dəstək olmaq üçün “Azercell” nömrələrindən 1 səs üçün 93277-yə, 50 səs üçün 93102-yə, 100 səs üçün 93106-ya boş sms göndərə bilərsiniz.
Əminik ki, ismayıllıların birliyi bu yarışmada Qalibi “Milli səs”in qalibi edəcəkdir.
İstedadlı müğənnimizə uğurlar arzulayırıq.

Şərh Yaz