20 Yanvar şəhidlərinin xatirəsi anıldı

20 Yanvar şəhidlərinin xatirəsi anıldı

20 Yanvar şəhidlərinin xatirəsinin anılması günündə ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzi prospekt sanki bu bölgədə yaşayanların birliyini nümayiş etdirirdi. Əllərində qırmızı qərənfillər tutan insanların sırasında məktəblilər, yaşlılar, bu unudulmaz faciənin yaşından az olan qızlar və oğlanlar xüsusilə seçilirdilər. Yaranmış izdiham ildən-ilə şəhidlərə olan ehtiramın artmasından xəbər verirdi.
Həmin gün Şəhidlər xiyabanı istiqamətində yollarda nəqliyyatın hərəkəti dayandırılmışdı.

20 Yanvar şəhidlərinin xatirəsi anıldı 20 Yanvar şəhidlərinin xatirəsi anıldı
Yaşlı nəslin nümayəndələrinin Şəhidlər xiyabanını ziyarət etməsi üçün avtobuslar ayrılmışdı.
7 minə yaxın sakin torpaqlarımızın azadlığı, müstəqilliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn vətən övladlarının məzarlarını ziyarət edərək, tər qərənfillər düzdülər. Ziyarət yekunlaşdığı ərəfədə şəhidlərin məzarı başında duran ailə üzvləri və doğmaları avtobuslarla yaşadıqları ünvanlara çatdırıldılar.
20 Yanvar şəhidlərinin xatirəsi anıldı 20 Yanvar şəhidlərinin xatirəsi anıldı
Ziyarət yekunlaşdıqdan sonra Heydər Əliyev Mərkəzində uşaqların rəsm sərgisinə baxış keçirildi. Mərkəzi meydana toplaşan insanlar qarşısında çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən danışdı. Qanlı Yanvar qırğınının rus şovinistlərinin ermənilərlə birgə apardıqları antiAzərbaycan siyasətinin tərkib hissəsi olduğunu dedi. Bildirdi ki, imperiya cəlladları qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına gətirib çıxardı.
İcra başçısı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymətin verilməsi məsələsinin ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdığını vurğuladı.
Bakı vaxtı ilə saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, avtomobillər vasitəsilə siqnallar verildi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz