Səyyar görüş-qəbul

Səyyar görüş-qəbul
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yanvar ayının 13-də Qalınçaq kəndində səyyar görüş-qəbul keçirib.Səyyar görüş-qəbul
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yanvar ayının 13-də Qalınçaq kəndində səyyar görüş-qəbul keçirib.Səyyar görüş-qəbul

Səyyar qəbulda Qalınçaq, Göytəpə, Mücühəftəran, Ruşan kəndlərinin sakinləri iştirak edib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov səyyar qəbulda ölkə ərazisində gedən sürətli və dinamik inkişafdan danışıb. Bütün bunların Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, hörmətli prezidentimiz İlham Əliyev cənablarının apardığı uğurlu siyasətin nəticəsi olduğunu deyib. Bildirib ki, Respublikanın hər yerində olduğu kimi İsmayıllı rayonunda da quruculuq-abadlıq işləri geniş vüsət alıb. İcra başçısı əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı, son dövrlər qazlaşdırılma sahəsində görülən işlər barədə də məlumat verib.
Gənclərin işsizlik probleminin həll edilməsinə ehtiyacın olduğunu deyən Mirdaməd müəllim, onların həlli istiqamətində müvafiq işlərin görüləcəyini də nəzərə çatdırıb.
Sakinlər əsas problemləri kimi tibb məntəqəsinin, yeni tikilən evlərdə mavi yanacağın olmamasını deyiblər. Eyni zamanda elektrik dirəklərində yaranan problemlərin aradan qaldırılmasına, transformatorun alınmasına, içməli suya olan tələbatı ödəmək üçün artezian quyusunun qazılmasına ehtiyac duyulduğunu söyləyiblər. Sakinlər yeni tikilən məktəb binasına və salınacaq yola görə ölkə rəhbərinə minnətdarlıq ediblər.
İcra başçısı problemlərin həlli istiqamətində müvafiq tapşırıqlarını verib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz