Uşaqlar üçün Yeni il şənlikləri

Uşaqlar üçün Yeni il şənlikləri
Musiqili-əyləncəli proqramla başlayan və 2 saata qədər davam edən tədbirdə RİH başçısının müavini Sevil Əhmədova, İsmayıllı UADM-nın direktoru Lətifə Əliyeva, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov, rayon Uşaq Poliklinikasının müdiri Vidadi Rəhimov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov çıxış edərək uşaqlara xoş arzularını çatdırıb, onları təbrik ediblər. Çıxış edənlər azyaşlıların, xüsusi ilə də fiziki imkanları məhdud olan uşaqların daim dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırdılar.
Uşaqlar üçün Yeni il şənlikləri

Dekabrın 25-də İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) təşəbbüsü və rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Gənclər Mərkəzində fiziki imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə təntənəli ədəbi-bədii tədbir keçirilib.
Uşaqlar üçün Yeni il şənlikləri
Bayram əhval-ruhiyyəsində, xüsusi tərtibatla bəzədilmiş zala 300 nəfərdən çox bağça və məktəb yaşlı uşaq cəlb edilib.
Tədbirdə uşaqların valideynləri, müəllim və tərbiyəçiləri də iştirak ediblər.
Uşaqlar üçün Yeni il şənlikləri
Musiqili-əyləncəli proqramla başlayan və 2 saata qədər davam edən tədbirdə RİH başçısının müavini Sevil Əhmədova, İsmayıllı UADM-nın direktoru Lətifə Əliyeva, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov, rayon Uşaq Poliklinikasının müdiri Vidadi Rəhimov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov çıxış edərək uşaqlara xoş arzularını çatdırıb, onları təbrik ediblər. Çıxış edənlər azyaşlıların, xüsusi ilə də fiziki imkanları məhdud olan uşaqların daim dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırdılar.
Uşaqlar üçün Yeni il şənlikləri
Rayon İncəsənət Məktəbi şagirdlərinin, İsmayıllı şəhərindəki uşaq bağçaları fidanlarının ifa etdikləri mahnılar, nümayiş etdirdikləri rəqslər və səhnəciklər, eləcə də Şaxta baba və Qar qızın, hədiyyələr paylaması, nağıl personajlarının məzəli hərəkətləri kiçik yaşlı tamaşaçıların alqışları ilə qarşılanıb. Uşaqlar yolka ətrafında dövrə vuraraq, mahnı və şeirlər ifa ediblər.
Bütün uşaqlara hədiyyə verilib. Fiziki imkanları məhdud olan 40 uşaq “FİNCA-Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının İsmayıllı filialına dəvət olunub. Onlara nahar və hədiyyələr verilib.

Dekabrin 27-də İsmayıllı Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsi rayonun 10 məktəbəqədər təlim-tərbiyə müəssisəsinin fidanları üçün Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü şərəfinə şənlik keçirildi.
Uşaqlar üçün Yeni il şənlikləri
Balacalar hündürlüyü 22 metr olan, şəhər mərkəzində quraşdırılmış yolkanın ətrafında rəqs edəndən sonra bayram şənliyinin keçirilməsi üçün İsmayıllı Rayon Gənclər Mərkəzinin iclas zalı onların ixtiyarına verildi.
Zalın səhnəsində qurulmuş bayram yolkası, ekrandakı “Əziz uşaqlar, bayramınız mübarək!” şüarı diqqəti cəlb edirdi. Tədbir istedadlı məktəblimiz Nilufər Çələbiyevanın aparıcılığı, onun tədbir iştirakçılarını salamlaması ilə başladı.
Uşaqlar üçün Yeni il şənlikləri Uşaqlar üçün Yeni il şənlikləri
Şəhərin 1, 2 və 3 nömrəli uşaq bağçalarının fidanları növbə ilə məharətlərini nümayiş etdirdilər. Onlar Yeni ili tərənnüm edən şeirlər, mahnılar oxudular. Balacaların yolka ətrafındakı rəqsləri alqışlarla qarşılandı. Biri-birinin ardınca Təzəkənd, Quşencə, Talıstan kənd bağçalarını təmsil edən uşaqlar səhnəyə çıxdılar. Şaxta baba tədbirdə iştirak edən bütün uşaqlara hədiyyələr verdi.
Uşaqlar üçün Yeni il şənlikləri Uşaqlar üçün Yeni il şənlikləri
Şəhər 5 nömrəli tam orta məktəbindən gələn birinci sinif şagirdləri bağçadan ayrıldıqları qısa müddət ərzində öyrəndiklərini nümayiş etdirib, balaca dostlarını yaxşı oxumağa dəvət etdilər.
Tədbirdə İcra başçısının müavini Sevil Əhmədova uşaqları RİH başçısı Mirdaməd Sadıqovun adından təbrik edib, onlara sağlam, xoşbəxt böyüməyi, Vətənin layiqli övladları olmağı arzuladı.
Yaşadıqları fərəh hissindən yəqin etmək olar ki, bu günün xoş xatirələri uşaqların yaddaşında uzun illər qalacaq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz