Növbəti ilimiz daha uğurlu olacaq

Növbəti ilimiz daha uğurlu olacaq
Dünyanın hər yerində insanlar Yeni ili yeni ümid və arzularla gözləyirlər. Odlar yurdu Azərbaycanda da dekabr ayının ortalarından başlayaraq insanlar Yeni ilə hazırlaşırlar.
Yeni il bayramı al-əlvan, işıqlarla, oyuncaqlarla, zərlərlə bəzədilmiş yolkasız təsəvvür etmək mümkün deyil. Azərbaycanın mirvarisi olan İsmayıllımızın mərkəzi meydanında elə gözəl yolka quraşdırılıb ki, ona tamaşa etməkdən doymaq olmur. Yolkanın hündürlüyünün 22 metr olması, gecələr füsunkar şəkildə işıqlandırılması isə ismayıllılar üçün ilk hadisədir. Şəhər sakinlərinin Yeni il təəssüratlarını öyrənmək, ötən ilin yaddaşlarda necə qaldığını bilmək, təzə ildən nə gözlədiklərini öyrənmək məqsədi ilə möhtəşəm yolkaya maraqla tamaşa edənlərə yaxınlaşıram.
Növbəti ilimiz daha uğurlu olacaq

Dünyanın hər yerində insanlar Yeni ili yeni ümid və arzularla gözləyirlər. Odlar yurdu Azərbaycanda da dekabr ayının ortalarından başlayaraq insanlar Yeni ilə hazırlaşırlar.
Yeni il bayramı al-əlvan, işıqlarla, oyuncaqlarla, zərlərlə bəzədilmiş yolkasız təsəvvür etmək mümkün deyil. Azərbaycanın mirvarisi olan İsmayıllımızın mərkəzi meydanında elə gözəl yolka quraşdırılıb ki, ona tamaşa etməkdən doymaq olmur. Yolkanın hündürlüyünün 22 metr olması, gecələr füsunkar şəkildə işıqlandırılması isə ismayıllılar üçün ilk hadisədir. Şəhər sakinlərinin Yeni il təəssüratlarını öyrənmək, ötən ilin yaddaşlarda necə qaldığını bilmək, təzə ildən nə gözlədiklərini öyrənmək məqsədi ilə möhtəşəm yolkaya maraqla tamaşa edənlərə yaxınlaşıram.

Növbəti ilimiz daha uğurlu olacaq
İlk müsahibim Kəmalə Bəşirova oldu. Bu gənc qız 2013-cü il onun üçün yaddaqalan və maraqlı olduğunu dedi. Xüsusilə də rayonumuzun gündən-günə abadlaşdırılmasının, bacarıqlı, intellekti ilə fərqlənən gənclərə arzu və istəklərinin gerçəkləşdirilməsi üçün meydan verilməsinin ona fərəh verdiyini təbəssümlə dilə gətirdi.
Fəzilə Salmanova rayonumuzda hündürlüyü 22 metr olan yolkanın quraşdırılmasını alqışladı. Hər bir işdə bu sayaq ucalığın əldə olunacağına ümidvar olduğunu bildirdi. Gələcək arzularından biri kimi, 2014-cü ildə rayonda qızlar üçün internet klubların yaradılmasını dilə gətirdi.
Yeni ildə ismayıllıları sevindirmək üçün uzaq Laplandiya diyarından “təşrif gətirmiş” Şaxta babamıza yaxınlaşdım.
– Ay Şaxta baba, İsmayıllımız bir il ərzində çoxmu dəyişib?
– 2013-cü ildə rayonda xeyli yaxşı iş görülüb. Qarşıda gələn ildə də bu işlərin davam etməsini, şəhərin eləcə də kəndlərin simasının daha da gözəl olmasını istəyirəm. Azərbaycan xalqının yeni ilini təbrik edirəm. Gələn il Qarabağda Şaxta baba olmağı arzulayıram.
Yolkya yaxın ərazidə bir sıra idarə və təşkilatlar yerləşir. İdarə rəhbərləri və əməkdaşlarının təəssüratlarını da öyrənmək istədim. Üz tutduğum ilk ünvan Heydər Əliyev Mərkəzi oldu. Mərkəzin direktoru Vüqar Nuğayev 2013-cü ilin onun üçün unudulmaz olduğunu dedi.
– Mənim üçün 2013-cü ildə ən yadda qalan məqam İlham Əliyevin üçüncü dəfə Prezident seçilməsi, Mirdaməd Sadıqovun İsmayıllı rayonuna icra başçısı təyin edilməsi oldu. Bu təyinatın nəticəsində İsmayıllı durğunluqdan qurtuldu, siması qısa müddətdə dəyişdi. Şəhər başdan-başa yeni dona büründü.
Yola saldığımız ildə burada çoxsaylı, önəmli tədbirlər keçirildi. Heydər Əliyev Məktəbinin məşğələləri, ulu öndərin anım günü, peşə bayramları Mərkəzimizdə təşkil edildi. Yeni ildə rayonumuzda kino-teatrların olmasını, futbol klubunun yaradılmasını arzu edirəm. Qoy Yeni il Azərbaycanı, yerini, yurdunu sevən hər kəs üçün uğurlu, xeyirli və bərəkətli olsun.
Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Təhmuraz Bayramovun da fikirlərini bilmək maraqlı oldu:
– Yola saldığımız il mənim üçün yadda qalan illərdən olacaq. Belə ki, bu il Mərkəzimiz fəaliyyətə başladı. İl boyu bir sıra maraqlı layihələr həyata keçirdik, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, anım günü ilə bağlı tədbirlər hazırladıq. Rayonda bir sıra mədəniyyət ocaqlarının təmirinə başlandı, qarşıdakı ildə onların istifadəyə verilməsini gözləyirik.
At ilində Mərkəzdə xalq teatrının inkişaf etdirilməsini istərdim. Fürsətdən istifadə edib, İsmayıllıda mədəniyyətin inkişafına diqqət göstərən, mədəniyyətimizə yüksək qiymət verən İcra başçımıza minnətdarlığımı bildirirəm.
Tarixin zənginliklərini özündə toplayan, mədəniyyət ocağımız olan kitabxanaya üz tutdum. İsmayıllı MKS-nin direktoru Əllədin Ələkbərəv, direktor müavini Həmid Hacıyev, oxuculara xidmət şöbəsinin müdiri Səbirə Seyidova ilə görüşdüm. Ə.Ələkbərov qeyd etdi ki, İlan ili kitabxana üçün uğurlu oldu. Elektron kitabxananın yaradılmasına başlandı, kitablar elektron şəkildə kataloqlaşdırıldı. İş yerimiz kompyuterləşdirildi. Qarşıdakı illərdə oxuculara daha yaxşı xidmət göstərmək üçün binamızın geniş olmasını, kitab fondumuzun zənginləşdirilməsini istəyərdik.
Sonda İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasovla görüşdük. O, 2013-cü ildə rayonda mədəniyyət sahəsi üzrə görülən işlərindən danışdı. Arxada qalan ildə xeyli uğur qazanıldığını bildirdi. Şöbənin yerləşdiyi binada təmir işlərinə bu ilin ortalarında başlandı. Hazırda binada tamamlama işləri gedir. Sanki, bina yenidən tikilir. 7 kənddə bələdiyyə kitabxanaları yaradıldı, inventar avadanlıqlar alındı, 28 kənd kitabxanası kompyuterləşdirildi, saytımız fəaliyyətə başladı. İl ərzində 150-dən çox tədbir keçirmişik. Rayonda “Nabat” filmi çəkildi.
2014-cü ildə rayonda Beynəlxalq Folklor və Sənətkarlıq Festivalının keçirilməsi planlaşdırılır. 20-dən artıq ölkənin bu festivala qatılması gözlənilir. Əminəm ki, növbəti ilimiz yola saldığımız ildən də uğurlu olacaq. Çünki, üzərimizdə qüdrətli Azərbaycan dövlətinin prezidenti cənab İlham Əliyevin qayğısı vardır. Həm də rayonumuza rəhbərlik edən hörmətli icra başçısı Mirdaməd Sadıqov bütün sahələrlə bərabər mədəniyyət sahəsinə də böyük diqqət göstərir.
Yeni iliniz mübarək, əziz ismayıllılar!
Çinarə Bəhərçinli

Şərh Yaz